Ana səhifə YENİLİKLƏR BÖLGƏ ŞAİRLƏRİ BAKIDA TOPLANIR – yenilənib

BÖLGƏ ŞAİRLƏRİ BAKIDA TOPLANIR – yenilənib

Müəllif: Bizim Yazı
1. 199 baxış

1DGTYB-nin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc yazarların Bakı görüşü” adlı layihə çərçivəsində, dekabrın 10-da Bakıdakı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Şeir Axşamı” keçiriləcək (Qeydiyyat: s.16.00, açılış: s.17.00). “Şeir Axşamı”nda bölgələrdən gəlmiş (yaşı 30-dək olan) gənc şairlər öz şeirlərini oxuyacaq və münsiflər heyətinin müəyyənləşdirəcəyi 3 nəfər ödülləndiriləcək. “Münsifər heyəti”nə Rəşad Məcid (AYB Gənclər katibi, “525-ci qəzet”in baş redaktoru), İbrahim İlyaslı (Sumqayıtdakı Əli Kərim adına Poeziya Klubunun direktoru), Dəyanət Osmanlı (Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru, “TürkBirİnfo” İB başqanı), prof.dr.Rüstəm Kamal (BSU Yaradıcılıq fakültəsinin dekanı), Qulu Ağsəs (“Ulduz” dərgisinin baş redaktor müavini), Ramiz Qusarçaylı (Qubadakı “Ay işığı” Ədəbi Məclisinin başçısı), İlqar İlkin (“Birlik” dərgisinin baş redaktoru, DGTYB Təsisçilər Şurasının üzvü) daxildir.
“Şeir Axşamı”na DGTYB mənsubları və donor təmsilçiləri ilə yanaşı millət vəkilləri, türksoylu ölkə elçiliklərinin nümayəndələri, şairlər, yazıçılar, jurnalistlər, QHT başçıları, şeir və kitab dostları dəvətlidir. (Giriş sərbəstdir).

***
Bakıya gəlmiş gənc şairlər 11 dekabrda (saat 13.00) Azərbaycan Yazıçılar Birliyində respublika ədəbiyyat ictimaiyyətinin nümayəndələri və AYB rəhbərliyi ilə, (saat 15.00-da) isə Atatürk Mərkəzində Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərovla görüşəcəklər.
Gənc yazarların Bakı Görüşü iştirakçıları (10 dekabr, saat 14.00) Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, Bakı Türk Şəhidliyini ziyarət edəcəklər. Gənclərin həmçinin paytaxtdakı muzeylərdə, o cümlədən N.Gəncəvi adına Ədəbiyyat Muzeyində olmaları da nəzərdə tutulub.

Qeyd edək ki, DGTYB  bu ilin yayında Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısı”, eləcə də Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyasında Ədəbiyyat… Ədəbiyyat(ımız)da Türk Dünyası…” layihələrini də həyata keçirib. Artıq başa çatmış bu layihələr çərçivəsində (uyğun olaraq) “NAKAM ŞAİRLƏR” və “TÜRK DÜNYASINDA ƏDƏBİYYAT…” kitabları işıq üzü görüb. Hazırda davam edən “Gənc yazarların Bakı görüşü” layihəsi çərçivəsində isə “ÇAĞDAŞ AZƏRBAYCAN ƏDƏBİ QURUMLARI” adlı tanıtım kitabı hazırlanıb.

Əlaqə tel.: 050 529 28 33, 055 350 32 22, 050 545 68 98, 055 573 11 98; E-mail:  dgtyb@box.az, yazar55@rambler.ru

Dövlət Mahnı Teatrının ünvanı: Bakı, R.Behbudov küçəsi -12, AZ1000.

You may also like

1 şərh

Ranâ İSLÂM DEĞİRMENCİ 2013-12-09 - 04:04

HAYIRLI OLSUN…

Cavab

Ranâ İSLÂM DEĞİRMENCİ üçün bir cavab yazın Cavabı ləğv edin

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.