Ana səhifə BAŞ YAZI “Bölgələrdən səslər –3” layihəsinin icrasına başlanılıb

“Bölgələrdən səslər –3” layihəsinin icrasına başlanılıb

Müəllif: Bizim Yazı
114 baxış

Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Bölgələrdən səslər –3” layihəsi artıq start götürüb. Layihənin məqsədi:

– İstedadlı gəncləri üzə çıxarmaq;

– Ədəbiyyat təsərrüfatının canlanmasına dəstək olmaq;

– Yeni imzaların respublika dövri nəşrlərində ardıcıl çıxışına nail olmaq;

– DGTYB-nin bir ədəbi təsisat olaraq institusional inkişafına çalışmaq;

– Şeir festivalı düzənləmək;

– Festivalda daha uğurlu çıxış edən gənc yazarların ödülləndirilməsini təmin etmək;

– “Bölgələrdən səslər” toplusunun 3-cü  cildini nəşr etmək;

– Bölgə yazarlarının problemləri və yara­dıcılıq uğurları, habelə bölgələrdəki ədəbiyyat təsər­rüfa­tının bugünü barədə donoru (AGİN), ilgili qurum və quruluşları – ədəbi ictimaiyyəti bilgi­ləndirməkdən (və s.) ibarətdir.

2017-ci ilin iyul ayının birinci ongünlüyündə tamamlanacaq dörd aylıq layihə çərçivəsində gənc, istedadlı yazarların əsərlərindən ibarət  “Bölgələrdən səslər – 3” toplusu tərtib edilərək, nəfs nəşrlə ictimaiyyətə təqdim ediləcəkdir.

Qeyd edək ki, DGTYB indiyə kimi “Bölgələrdən səslər” toplunun iki cildini nəşr edərək ictimaiyyətə təqdim edib. Toplunun  birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə işıq üzü görüb.  Azərbaycanın müxtəlif bölgələrində yazıb-yaradan və perspektiv vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən toplunun hər iki cildi  ədəbi mühitdə maraqla qarşılanıb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.