Ana səhifə TÜRK DÜNYASI Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanda beynəlxalq sərgi keçirib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanda beynəlxalq sərgi keçirib

Müəllif: Bizim Yazı
273 baxış

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qazaxıstanda beynəlxalq sərgi keçirib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində ölkənin Türküstan vilayətinin Otrar bölgəsində “Böyük İpək Yolu üzərində toxuculuq və zərgərlik” mövzusunda beynəlxalq sənət sərgisi keçirilib. Sərgidə 6 türk ölkəsindən: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan gələn el sənətkarları iştirak ediblər.
Tədbir türk xalqlarının mədəni-mənəvi irsini təbliğ etmək, nəsillərə ötürmək, türk birliyini və əməkdaşlığını gücləndirmək məqsədi ilə həyata keçirilib.

Sərgidə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstan nümayəndəsi, layihə rəhbəri Talgat Muxanov, Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyinin Mədəniyyət Komitəsinin sədri Kumis Seyitova, Otrar bölgəsinin Valisi Saken Sultanxanov, Mərkəzi Asiya və Sakit Okean Ölkələri Sənətkarlar Şurasının vitse-prezidenti, “Bizim irs” İctimai Fondunun prezidenti, Qazaxıstan Sənətkarlar İttifaqının sədri Ayjan Bekkulova çıxış ediblər.

Qeyd olunmalıdır ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyasının çoxəsrlik maddi-mənəvi sərvətləri ilə bağlı layihələrə dəstək verərək, türk dövlətləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində ümumtürk irsini tanıdır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.