Ana səhifə İCTİMAİ Beyləqanda “Gənc yazarlara dəstək” layihəsi çərçivəsidə görüş keçirilib

Beyləqanda “Gənc yazarlara dəstək” layihəsi çərçivəsidə görüş keçirilib

Müəllif: Bizim Yazı
393 baxış

“Gənc yazarlara dəstək” layihəsi
Bu gün 17 fevral 2024 cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beyləqan Bölməsinin və Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) Beyləqan nümayəndəliyinin birgə təşkilatçılığı ilə xüsusən nümayəndəliyinin rəhbəri, şair və yazıçıların dostu Mehman Əliyevin xüsusi təşəbbüsü ilə gənc yazarlarla Beyləqan Tarix Diyarşünaslıq Muzeyində görüş keçirildi.
Tədbirdə şair və yazıçılarımız, Beyləqan ziyalıları, “Araz ” Ədəbi Məclisinin üzvləri, gənc yazarlarımız iştirak edirdilər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə AYB- nin Beyləqan Bölməsinin sədri Fazil Əsəd açdı, məclisi idarə etmək üçün sözü “Gənc yazarlara dəstək” layihəsinin təşəbbüsçüsü Mehman Əliyevə verdi.
M.Əliyev çıxış edərək gənc yazarların davamlı mərhələlərlə müsabiqəyə cəlb olunacağı, onlara bu yolda maddi və mənəvi dəstək göstəriləcəyini vurğuladı.
Sonra gənc yazarların şeirləri və nəsr nümunələri dinlənildi.
Şair və yazıçılarımız çıxış edərək gənc yazarlara yaradıcılıq uğurları arzuladılar.
Tədbirdə iştirak edən Mil- Muğam Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon nümayəndəliyinin rəhbəri Məhəmməd Qələndərov çıxışında gənc yazarların yaradıcılıq layihəsini dəstəkləyərək onlara uğurlar arzuladı.
Sonda bu tədbirin davamı olaraq Fazil Əsəd və Mehman Əliyev növbəti tədbirin mart ayında keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırdılar.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.