Ana səhifə TÜRK DÜNYASI Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Bakı Atatürk Liseyində Ali Devrimin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Müəllif: Bizim Yazı
380 baxış

Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimin vəfatından bir il ötür. Bu münasibətlə Bakı Atatürk Liseyində tədbir keçirilib.
Mərhumun xanımı Hatice Devrimin, oğlu Gökbərk Devrimin, Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlunun, KİV təmsilçilərinin və liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir Ali Devrimin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Sonra çıxış edən liseyin müdiri Hüseyn Dəmirəl Ali Devrim haqqında geniş məlumat verib. Ali Devrimin Türk Dünyası sevdalısı, böyük insan, ustad müəllim, vətənsevər ziyalı olduğunu deyən Hüseyn Dəmirəl onun Azərbaycanı da Türkiyə qədər sevdiyini bildirib: “Ali Devrim rəhmətlik Turan Yazqan hocamızın yadigarı olan Bakı Atatürk Liseyi üçün, bu məktəbin şagirdlərinin daha keyfiyyətli təhsil alması və uğurlar qazanmaları üçün gecə-gündüz çalışdı”. ”
Türk Dünyası Araşdırmaları Vəqfinin qurucu başqanı Turan Yazqana və Bakı Atatürk Liseyinin mərhum müdiri Ali Devrimə həsr olunmuş videofilmin nümayişindən sonra çıxış edən Türk Dünyası İşlətmə fakültəsinin dekanı Fərruh Tuzcuoğlu, Azərbaycan Tibb Universitetinin müəllimi Aidə Bəndəliyeva, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, aprel şəhidi Təbriz Musazadənin xanımı Pərişan Musazadə, “Qarabağ” fitbol klubunun oyunçusu Qara Qarayev və başqaları mərhumla bağlı xatirələrini dilə gətiriblər.
Tədbirdə, eyni zamanda, liseyin şagirdləri Ali Devrim haqqında yazdıqları məqalələri və şeirləri səsləndiriblər.
Sonda Devrimlər ailəsi adından çıxış edən Gökbərk Devrim atasının xatirəsinin daim əziz tutulmasının qürur hissi doğurduğunu deyib və diqqətə görə minnətdarlıq edib.Ali Devrim2Ali Devrim3Ali Devrim1

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.