Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən İnsan Haqları Eğitim və Kültür Dərnəyinin açılış mərasimi olub.
Bizimyazı.az xəbər verir ki, qurumdan daxil olan məlumata görə, azərbaycanlı jurnalist Məhsəti Şərifin rəhbərlik etdiyi dərnəyin açılış mərasimində İstanbuldaki Azərbaycan baş konsullugunun konsulu Zaur Allahverdiyev, Dərnəklər Federasiya başkan vəkili Pərviz Məmmədzadə, xalq təhsili müdiri Musa Metin Özer və ictimaiyyətin tanınmış numayəndələri qatılıb.
Açılışda eyni zamanda Dərnəyin Mədəniyyət bölümünün rəhbəri Lətafət Rafiqin əsərləri, həmçinin Dərnəyin nəzdindəki Xalq Təhsili kursunun əl işləri sərgilənib. İştirakçıları dərnəkdə yaradılan Qarabağ guşəsi, eləcə də Azərbaycan və Türkiyə yazarları, incəsənət xadimlərinin tanıtımı olan guşə daha çox maraqlandırıb.
Dərnəyin açılışında çıxış edən qurumun rəhbəri Məhsəti Şərif yaxın gələcəkdə həyata keçirməyi nəzərdə tutduqları layihələrdən, eyni zamanda yaxın perspektivdəki planlardan danışıb.