Ana səhifə YENİLİKLƏR Azərbaycanlı alim Astanada məruzə ilə çıxış edib

Azərbaycanlı alim Astanada məruzə ilə çıxış edib

Müəllif: Bizim Yazı
898 baxış

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, DGTYB Məsləhət Şurasının üzvü, dos.dr.Pərvanə Məmmədli qardaş Qazaxıstanın paytaxtı Astanada, bu ölkəniPM_ Astana2n Mədəniyyət-İdman Nazirliyinin 19-21 sentyabr tarixində, Milli İncəsənət Universitetində keçirdiyi uluslararası elmi-praktik konfransda iştirak edib.
Uluslararası konfrans tanınmış qazax yazıçı və kinodramaturqu, Qazaxıstanın Dövlət mükafatı, uluslararası Frans Kafka mükafatı laureatı, eyni zamanda, bir çox başqa yerli və uluslararası mükafata layiq görülmüş prof.dr. Akim Tarazinin 85 illiyinə həsr olunub.
Konfrans A.Tarazinin uzun illər çalışdığı Qazaxıstan Milli İncəsənət Universitetində keçirilib. Üç gün boyu davam edən, qardaş ölkələr Azərbaycan, Qırğız Respublikası, Özbəkistan və Türkiyə ilə yanaşı, Rusiya Federasiyasından, İspaniya və b. ölkələrdən də alim və yazıçıların dəvət olunduğu uluslararası konfransda, yubilyarın elmi-bədii yaradıcılığını qapsayan məruzələr dinlənilib;

PM_ Astana+ həmçinin, müəllifin çoxşaxəli yaradıcılığına həsr olunmuş (Nazirə Rəhmanqızının “Akim Tarazi kinodramaturq kimi: Ssenaridən filmə qədər”, Ularbek Nurqalımulınının “Yazıçı qəlbi. Akim Tarazinin əsərində milli psixologiya”) kitablarının təqdimatı keçirilib. Konfransın gedişində, Akim Tarazinin ssenari müəllifi və rejissoru olduğu filmlər – “Mustafa Şokay”, “Karaş aşırımında atəş” və s. filmlərin də nümayiş olunub. (Qeyd edək ki, Akim Tarazinin həyat yoldaşı Roza Mukanova da kinodramqturqdur. Onun ssenarisi əsasında A.Tarazinin rejissorlugu ilə çəkilmiş “Leylanın duası” filmi bir çox uluslararası kinofestifallarda, eləcə də Bakıda ödülləndirilib.)
Elmi konfrans boyu türkiyəli araşdırıcı Cəmilə Xınaçı, özbəkistanlı Mehmonkul Islamkulov və dos.dr. Pərvanə Məmmədlinin məruzələri böyük maraqla qarşılanıb.

 PM_ Astana3

Bununla yanaşı, P.Məmmədlinin Azərbaycan Cumhuriyyətinin 100 illik əlamətdar yubileyi ilə bağlı universitet tələbələri üçün keçdiyi “Master-klas” tələbələr tərəfindən təqdirlə, alqışlarla qarşılanıb, Azərbaycan tarixi həqiqətlərinin daha yaxından tanıdılması baxımından faydalı olub.

PM_ Astana1
Uluslararası elmi-praktik konfransın sonunda xanım Məmmədliyə Qazaxıstan Respublikasının Mədəniyyət-İdman Nazirliyinin və Qazaxıstan Milli İncəsənət Universitetinin özəl serfikatı təqdim edilib.

PM_ Astana4

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.