Ana səhifə YENİLİKLƏR Atatürk Mərkəzi Frans Boasın əsərini Azərbaycanca kitablaşdırdı

Atatürk Mərkəzi Frans Boasın əsərini Azərbaycanca kitablaşdırdı

Müəllif: Bizim Yazı
698 baxış

Destruktiv dilçiliyin banisi, görkəmli Amerika dilçisi Frans Boasın (1858-1942) “Amerika hindu dillərinə dair əl kitabı” onun ünlü əsərlərindəndir. “Kitab”ın giriş bölümü V.A.Zveqnitsevin “İstoriya yazıkoznaniya XIX-XX vekov v oçerkax i izvleçeniyax” (II bölüm, Mosva, 1965) kitabındakı rusca mətnindən prof.dr. Nizami Cəfərov tərəfindən Azərbaycancaya çevrilib.

“Amerika hindu dillərinə dair əl kitabı” Azərbaycanda Atatürk Mərkəzinin yayınları seriyasından “Elm və Təhsil” Nəşrlər Evində 500 tirajla işıq üzü görüb (Redaktor: Dəyanət Osmanlı).

“Amerika hindu dillərinə dair əl kitabı”nın içərisi: “Müxtəlif dillərdə kateqoriyaların müxtəlifliyi”, “İdeya ifadə edən fonetik qrupların kəmiyyət məhdudluğu”, “Qrammatik proseslər”, “Söz və cümlə”, “Əsas və affiks”, “Qrammatik kateqoriyaların tədqiqi”.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.