(BizimYAZI AzərTAc-a istinadən bildirir:)
Fevralın 11-də Heydər Əliyev Sarayında “Aşıq sənətinin davamçıları” adlı konsert keçiriləcəkdir.
Sarayın mətbuat xidmətindən bildirmişlər ki, konsertdə Əməkdar Mədəniyyət İşçisi Nemət Qasımlı, Əhliman Şirvanlı, “Nemət” Aşıqlar Qrupu, Altay Məmmədli, İlham Aslanbəyli, Təbriz Vəliyev, Vüqar Mahmudoğlu, Mehdi Məsimov, Ədalət Dəlidağlı, Qələndər Zeynalov, Əli Tapdıqoğlu, Heydər Məqsədoğlu, Dilbər Əliyeva, eləcə də respublika aşıq müsabiqəsinin qalibləri – İbrahim Cəfərov, Nicat Qurbanov və Elvin Mehmanlı iştirak edəcəklər.