Ana səhifə AŞIQ SƏNƏTİ Aşıq Ələsgər irsində sufizm

Aşıq Ələsgər irsində sufizm

Müəllif: Bizim Yazı
132 baxış

Camal Mustafayevin yeni kitabı işıq üzü görüb

Fəlsəfə elmləri doktoru, professor, Borçalı ağsaqqalı Camal Mustafayevin yeni kitabı çap olunub. Borçalı İctimai Cəmiyyətinin təşəbbüsü ilə ərsəyə gələn “Aşıq Ələsgər irsində sufizm” kitabı “Dədə Camal” məclisində təqdim olunub. Təqdimat mərasimində çıxış edən AMEA Folklor İnstitutunun direktoru Muxtar Kazımov Camal Mustafayevi görkəmli alim, vicdanlı vətəndaş, vətənpərvər ziyalı kimi xarakterizə edib. Dədə Camalın aşıq mədəniyyətinin bilicisi olduğunu deyən M.Kazmov bildirib ki, türk millətinin şəriksiz malı olan aşıq sənətini yaxşı öyrənmək, qorumaq və inkişaf etdirmək lazımdır. Hər il Borçalıda keçirilən Elat Mədəniyyəti günlərinin əhəmiyyətindən danışan M.Kazımov deyib ki, Borçalı ilə bağlı daha geniş tədbirlər keçirilməli, elat mədəniyyəti yaşadılmalıdır.
Xatırldaq ki, Camal müəllim 1928-ci ildə Gürcüstanın Qarayazı elinin (Qardabani rayonu) Kosalı kəndində anadan olub. “Azərbaycan fəlsəfi-ictimai fikir tarixinin oçerkləri”, “SSRİ xalqlarının fəlsəfi tarixi”, “İdrakın şeiriyyəti”, “Fəlsəfi-tarixi araşdımalar” kitablarının müəllifidir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.