Ana səhifə İCTİMAİ ARKA film müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilib

ARKA film müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirilib

Müəllif: Bizim Yazı
236 baxış

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirmək məqsədi ilə “Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) sorğu ilə müraciət etmişdir.

ARKA-dan bildirmişlər ki, qalib layihələrin maliyyələşdirilməsi işləri müvafiq qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həll edilmişdir.
Mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı ARKA tərəfindən ödənilmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilmişdir.
ARKA müsabiqə qaliblərini əmin edir ki, Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcəkdir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

 

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.