Ana səhifə BAŞ YAZI DGTYB-dən yeni kitab: “Gəncliyin sözü”

DGTYB-dən yeni kitab: “Gəncliyin sözü”

Müəllif: Bizim Yazı
1. 344 baxış

Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət “Gəncliyin sözü” adlı kitab nəşr olunub.  

Bizimyazı.az xəbər verir ki, birinci cildində 55 nəfər yazarın qələm örnəkləri toplanmış kitabın gələcəkdə növbəti cildlərinin də çapı nəzərdə tutulub.

“Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi” layihəsinin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar, kitabın eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, tərtibçiləri DGTYB-nin idarə heyəti üzvü Tural Adışirin və DGTYB-nin üzvü Elvin İntiqamoğlu, tərtibatçı-dizayneri isə Əli Zeynalovdur.

Kitabın qarşıdakı günlərdə paytaxt və regionlarda fəaliyyət  müxtəlif ali təhsil ocaqlarında və gənclər evlərində təqdimatları baş tutacaq.

Dünya Gənc Türk Yazarlar Birliyinin mətbuat xidməti

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.