Home YAZILAR Bir şirin nəğmə kimi…

Bir şirin nəğmə kimi…

by Bizim Yazı

A. McdzdeAnar MƏCİDZADƏ

Bir şirin nəğmə kimi
ürəyindən ötəydim.
Tellərindən qoxlayıb,
əllərindən öpəydim.

Səhərlər Günəş kimi,
gözlərində doğaydım.
Gecələr yağış kimi,
yollarına yağaydım.

Neynəyim, ömür keçir,
upuzun yollar kimi…
Sən yadıma düşürsən,
ən şirin anlar kimi…

Şirin, acı – yaşanan,
ömür adıyla qalar…
Hər gedən yol, hər bir an,
gülüm, səni haraylar.

You may also like

Leave a Comment