Ana səhifə AŞIQ SƏNƏTİ “Sənət meydanında imtahan olur”…

“Sənət meydanında imtahan olur”…

Müəllif: Bizim Yazı
1. 543 baxış

Ashiq Mirze BayramXalq şairi Hüseyn ARİFin dillər əzbəri olan (Aşıq Mirzə Bayramova ad edilmiş) “AY MİRZƏ DAYI” qoşmasını “BizimYAZI” oxucusuna təqdim edərkən, hər iki ustada, eləcə də, bu gözəl qoşmanı öz kamil ifası ilə ölmsüzləşdirmiş ustad Aşıq Əkbərə (Cəfərov) Tanrıdan rəhmət diləyirik

Mən beşikdə ikən telli sazınla
Laylamı sən çaldın, ay Mirzə dayı
Yenə dilləndirdin “Yanıq Kərəmi”
Canıma od saldın, ay Mirzə dayı.

Ağır toylar gördün, nişanlar gördün,
Mahaldan-mahala atını sürdün.
Gəlinlər gətirdin, qızlar köçürdün,
Çox nəmərlər aldın, ay Mirzə dayı.

Sənət meydanında imtahan olur,
Hüseynin əhvalı pərişan olur.
Səsin tutulanda könlüm qan olur,
Sən niyə qocaldın, ay Mirzə dayı?

 

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.