Ana səhifə BAŞ YAZI Kitablar haqqında kitab kimi kitab

Kitablar haqqında kitab kimi kitab

Müəllif: Bizim Yazı
604 baxış

«Elm və təhsil» nəşriyyatında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 17 noyabr 2014-cü il tarixli 12 saylı iclasının qərarı ilə çapa tövsiyə olunan Salidə Şərifin (Salidə Şəmməd qızı Şərifova) «Çağdaş Azərbaycan postmodern romanı» adlı monoqrafiyası işıq üzü görmüşdür.
Kitabın rəyçiləri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir. Monoqrafiyada kifayət qədər tədqiq olunmamış, sistemsiz xarakter daşımış Azərbaycan postmodernizmin mahiyyətinin, Azərbaycan postmodern romanların yaranması və janr xüsusiyyətlərinin, Azərbaycan postmodern romanın bədii təşkili xüsusiyyətlərinin, Azərbaycan postmodern romanının fabulasının, Azərbaycan postmodern ro¬manında süjet və süjet xətlərinin, Azərbaycan postmodern romanının obrazlarının açıqlanmasına nəzər salınıb.
Monoqrafiyada Azərbaycan nəsrində postmodern romanların meydana gəlməsi XX yüzilin sonlarına təsadüf etməsi vurğulanır. Azərbaycan ədəbiyyatında Anarın «Ağ qoç, qara qoç», Sabir Rüstəmxanlının «Göy Tanrı», Kamal Abdullanın «Yarımçıq əlyazma», «Sehrbazlar dərəsi», Şəmil Sadiqin «OdƏrlər», İlqar Fəhminin «Qarğa yuvası», «Akvarium», Aydın Talıbzadənin «Kəpənək modeli. 102», Şəbnəm Karslının «2087-ci il», Taleh Şahsuvarlının «Canlanma», Hafiz Mirzənin «Son və başlanğıc», Kamran Qasımovun «İyirmi üç ay», Nurəddin Adiloğlunun «Qara sarmaşıq», Аkif Əlinin «Dumanlı dağlar» və digər yazarların qələmə almış olduqları əsərlər postmodern üslubda yazılmış əsərlər kimi təhlil obyektinə çevrilib.
Dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da postmodern üslubda qələmə alınmış ilk əsərlərə reaksiyalar sərt olması faktı monoqrafiyada açıqlanır. Monoqrafiyada postmodern üslubda qələmə alınmış əsərlərdə olan janr və struktur yeniliklərini qəbul etməyənlər arasında ədəbi metod, mövqe mübarizəsinə çevrilməsi qabardılır. Postmodernizm tərəfdarlarının az olmasına baxmayaraq, bu üslubda qələmə alınmış əsərlərə real qiymət verilərək, ədəbi müstəvidən nəzərdən keçirildikləri monoqrafiyada toxunulur.
Monoqrafiya oxucuya çox yönlü janr imkanları olan ədəbi fenomen kimi Azərbaycan postmodern romanı ilə tanış olmaq imkanı yaradır.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.