AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Şəlalə Ana (Hümmətli) görkəmli Azərbaycan ədibi Yusif Vəzir Çəmənzəminlinin 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan “Millət” qəzetində dərc edilmiş, indiyədək haqqında bilgimiz olmayan otuza yaxın məqaləsini aşkar edib.
“Yusif Vəzirov”, “Y.” imzaları ilə çap edilən bu məqalələr yazıçının ədəbi irsinin, Azərbaycan-Krım ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük maraq kəsb edir.