ŞƏFƏQ AZƏR
***
…İnsan oğlu sussuz, odsuz qalamaz,
Havasız, torpaqsız dada çatamaz;
Nə duasız, nə inamsız yaşamaz,
Şükür deyib qarşılayın Novruzu.
…Yaşıllıqdır, bərəkətdir səməni,
Nəlbəkiyə birər-birər düz dəni;
Siz süfrəyə düzüb yeddi neməti,
Bolluq edib, qarşılayın Novruzu!
Xonçalarla bəzəyərək süfrəyi,
Yeddi deyil, yetmiş yeddi yeməyi;
Sadalayıb, birər-birər, bəhrəyi,
Alqış deyib, qarşılayın Novruzu!
…Umu-küsü götürülsün aradan,
Ağır yükdür, kin-küdrət, at başdan!
Yaxşılığı görsün, ulu Yaradan,
Alxış edib, qarşılayın Novruzu!
Şəfəqəm mən, hər kəsi salamlaram.
Dost, tanışı, qohumları anaram;
Bayramları müqəddəslik sayaram,
Mübarəkdir, qarşılayın Novruzu!
Almaniya, 18 Mart