Ana səhifə BAŞ YAZI Saxalı alimin Özbək alimlə ortaq türk dili söhbəti…

Saxalı alimin Özbək alimlə ortaq türk dili söhbəti…

Müəllif: Bizim Yazı
960 baxış

Bəxtiyar Kərimov:
“OrtaTürk – bütün türklərin dili!”

Professor Bəxtiyar Rahmon oğlu Kərimov Özbəkstan Respublikası EA Fəlsəfə İnistutunun böyük elmi işçisi, eyni zamanda, M.K.Ammasov adına Saxa (Yakut) Dövlət Universitetində fəlsəfə doktoru adı və namizədlik statusunun verən Şurasının üzvüdür.
B.R.Kərimov obyektiv və subyektiv dialektika sahəsindəki araşdırmaları ilə ün qazanıb,  ümumi nisbilik nəzəriyyəsinə dair bir sıra özəl yazıların (məqalələrin) müəllifidir. Fizika sahəsində Nobel ödülü laureatı  Abdus Salamla görüşüb, “Dialektikada, məntiqdə və anlayış teorisində qeyri-müəyyənlikdən müəyyənliyə  doğru  birlik” problemləri üzərində işləyib. Son illər Bəxtiyar Rahmonoğlu riyazi dilçiliyin sualları ilə uğraşır. O, çağdaş “OrtaTürk” dilinin yaradıcısı sayılır.
“OrtaTürk” dili yaradıcısı ilə Yakut alimi – fizika-riyaziyyat elmlər namizədi, fəlsəfə doktoru Andrey Savviç Savvinovun söhbətini BizimYAZI oxucusuna sunuruq

A.Savvinov:
-Bəxtiyar Rahmonoğlu, ilk növbədə türk dilləri ilə əlaqəli olan riyazi məntiq sahəsində sizə uğurlar arzulayıram. Bir neçə il öncə, mən böyük məmnuniyyətlə öyrəndim ki, OrtaTürk dili riyazi məntiq metodu əsasında yaradılıb. OrtaTürk dilinin strukturu  ilə daha yaxından tanış olduqda, əmin oldum ki, gələcək bu dilə məxsusdur, çünki ortaq dil  xalqlararası münasibətlərin çağdaş gələnəyinə (təcrübəsinə) cavab verir – bir tərəfdə “XX yüzilin etnik əksliyi”, digər tərəfdən soylararası mədəni, bilgi xarakterli, iqtisadi  uyğunlaşmanın əhatəsi… Bunlarla ilişkili olaraq, mənim ilk sualım:  Siz “OrtaTürk” dilini yaradarkən hansı ideyalara və mülahizələrə əsaslandınız?
B.Kərimov:
– Bilirsinizmi, indi türk dili 30 dilə (qola) ayrılıb, hansı ki, qədimdə bir dil idi. İndi o otuz dil və otuz müstəqil xalqdır, millətdir və bu bizim taledir, tale belə “nizamlayıb”… Hər xalqın, hər dilin dünyanın bütün xalqalrı və dilləri ilə eyni səviyyədə inkşaf etmək haqqı var. Eyni zamanda bilməliyik ki, biz, hər birimiz tək deyilik. Örnəyi, deyək, gürcülər, ermənilər – onların qohum dilləri yoxdur. Onlar özlüyündə 4-5 milyon insanı əhatə edir, dünyada qalan 6 milyard insan  onları başa düşmür. Biz belə durumda deyilik, bizim məsləkdaşlarımız var, hansı ki, az və ya çox dərəcədə bizi anlayırlar və bu da hər bir türkdilli millətin inkşaf etməsi üçün böyük imkandır. Elə bir əlverişli təsiretmə yolu  tapmaq lazımdır ki, o, eyni zamanda hər bir xalqın inkşafına mane olmasın, əksinə  kömək etsin. Öncki yolla getmək mümkündür, belə deyək, hansı ki, slavyan dünyası  getmişdir… Orada 15-ə qədər  qohum dil var və bir çox slavyan xalqları arasında əsas  qarşılıqlı anlaşma mövcuddur. Slavyanlar, qalan bir çox qohum dillər kimi böyük bir xalqın və onun dilinin hökümranlığına üstünlük vermişdilər.
Bir dövlətdə- Sovet İttifaqında – slavyan xalqlarının əsas hissəsi toplanmışdı: ruslar, ukraynlar, beloruslar – 250 milyonluq slavyanın 180 millyonu… Və bu ölkədə faktiki dövlət dili aparıcı slavyan dillərindən biri idi – rus dili. Slavyan dünyası yaxın münasibət və qarşılıqlı yardım üçün bütün imkanları əldə etmişdi, ancaq sonda hər şey lazım olduğu kimi olmadı. Ağlasığmazdır, ancaq Sovet İttifaqı ilk növbədə məhz həmin slavyan xalqlarının başçılarını zərərsizləşdirdi: ruslar, beloruslar və ukraynların bunun üçün Belovej meşəsinə toplanan başçılarını… Əslində,  elə alınır ki, əgər hər hansı bir hökümran xalq, dil varsa, onda böyük uyğunlaşmadan və zorən yaxınlaşmanın bütün variantlarından ruhi yaxınlıq əmələ gəlmir və birlik dağılır . Öncələr bütün qohum qruplar belə inkşaf etmişlər, yəni hansısa çoxsaylı xalq irəli getmiş, siyasətdə və iqtisadiyyatda özünün üstünlüyünü təsdiq etmişdir və dilinin, mədəniyyətinin üstünlüyü  hesabına qohum dünyada imtiyazlı halını saxlaya bilmişdir.
Türk dünyası da bu yolla gedə bilər, ancaq çağdaş olaylarda qohum xalqalar arasında qarşılıqlı işbirliyində seçim var, necə ki, riyazi məntiq metodları formalaşıb, bilgisayar yaranıb… beləliklə kütləvi informasiya vasitələri və bu vasitələrin imkanları əsasında ortaq dili – özündə bütün dillərin zənginliyini əks etdirsin – yaratmaq və yaymaq mümkündür. Biz elə ortaq türk dili olan “OrtaTürk”ün yaradılmasında bu yolu təklif edirik. Burada “Orta” “orta, mərkəz” anlamındadır və “ORTATÜRK”, təbii ki – “ortaqtürkcə” deməkdir. (Türk dillərinin böyük əksəriyyətində “orta” “orta”, “mərkəz” anlamındadır.)
Ortaq türk dili eyni zamanda xalqlararası ünsiyyət dili kimi, bilginin toplanmasında, ümumtürk mənalı olması ilə də istifadə oluna bilər, yəni, o heç yerdə dövlət dili olmayacaq. Hər bir türk xalqının öz dilinin dövlət dili elan etmək və öz imkanları daxilində onu inkşaf etdirmək haqqı  var və eyni zamanda, xalqlardan hər biri öz arzusu əsasında OrtaTürk dilini öyrənə bilər və o zaman, bütün türk dünyasında dil ilişkiləri daha əlverişli yolla gedə bilər. 30 türk xalqı var və hər türk xalqına qohum olan 29 xalqla  ünsiyyət qurmaq üçün onun dilini öyrənmək lazım gəlməz. Bu rəqəm nisbidir, hal-hazırda dartışmalar gedir, türk dillərindən hansı müstəqil dil, hansı dialektdir… Bu anlamda,  bu say müxtəlif araşdırmaçıların çalışmasında fərqli göstərilib.
Beləliklə, hər kəs 29 dil öyrənməyindənsə, bir ortaq dili öyrənmək yaxşıdır. Onsuz da, bu ortaq dil elə formada qurulacaq ki, orada əksər türk dillərində istifadə olunan sözlər seçiləcək.

A.S.:
– Bəxtiyar Rahmonoğlu, sizin layihə hansı mənəvi təsir bağışlaya bilər?
B.K.:
-Adətən məsləkdaşlar, qardaşlar arasında ən rahatsızlıq törədən an onda yaşanır ki, kimisə digəri üzərində hökümranlıq edir – kiməsə nəsə tətbiq olunmur, kiminsə nəyinəsə xələl gəlir, kimsə imtiyazlı qalır, kiminsə durumu alçaldılmış olur… Bax, elə bu da dostluğun özülünü dağıdır. Nəzərdən keçirilən layihənin üstünlüyü budur ki, o hər şeyi bərabər vəziyyətdə qoyur. Hər xalq rahat ola bilər: onu heç kim “bu,  mənim dilimdir, sənin yox” elan edib qırağa itələməyəcək…
Çünki OrtaTürk dilində hər bir xalqın, hər bir türk dilinin onun mövcud olduğu bütün yüzilər boyu yüksəlişi təhlil olunacaq. – Bu məsələnin bir tərəfi, digər hal budur: hər bir xalq öz dil fondunu, özünün dil varisliyini sonrakı nəslə ötürməlidir. Sonucda da onu universal insan xəzinəsinə ötürmüş olur. Hal-hazırda hər bir xalq üçün bu görəv də gerçəkləşəcək. Heç bir xalq bu variant üçün “Bax, mən öz dilimi ötürə bilmədim, hardasa, yolun yarısında dayanmaq məcburiyyətində qaldım və başqasına qoşuldum” demək məcburiyyətində qalmayacaq.
OrtaTürk dili hər bir dilə dünyada hansı funksiyanı yerinə yetirirsə, o funksiyanı yerinə yetirməyə imkan verir, eyni zamanda dünyanın bilgi məkanına öz zənginliyini ötürməyə imkan verir. OrtaTürk dilinin daşıyıcıları təqribən 200 milyon insan ola bilər. Sonra o asanlıqla dünya dillərindən biri ola bilər. Baxın, örnəyi, fransız dilində 175 milyon insan danışır, amma 76 milyon insan onu doğma dili hesab edir, qalan 100 milyon – əksəriyyət dil daşıyıcısı, Fransanın keçmiş müstəmləkələridir. Alman dilində 100 milyon insan danışır, ancaq fransız və alman dili dünya dili hesab olunur. Deməli, OrtaTürk dili də BMT, YUNESKO-da  və s. az imkanlara iddia etməz. Bununla biz dil baxımından dünya svilizasiyasına sərfəli yol tapa bilərik.

A.S.:
– Sizin layihənizin gerçəkləşməsi  böyük sistemləşdirilmiş iş aparmağı tələb edir. Siz və sizin həmfikirlər bununla ilişkili nə edirsiniz?
B.K.:
– Biz hələlik dövlət strukturuna keçməyən Ortaq Dil İnistutu yaratmışıq. Ona mən başçılıq edirəm. Bu ideyanı mən dostum və həmmüəllif olan Şoəhməd Mutalovla birlikdə işləmişəm, hansı ki, Daşkənddə inistutut yaradıb. Bir neçə kitab nəşr ediblər, o cümlədən özbək dilində “OrtaTürk dili – dünya dil problemini həll etməyə cəhdlərdən biri” (bu ideyanı yaymaq məqsədilə alman və fransız dilinə çevriləmələri ilə birlikdə) kitabını. Həm də, bu ideya yalnız ortatürk anlamlı deyil.
Bu üsulla ortaq slavyan dili, ortaq roman dili, ortaq german dili, ortaq hindi dili, ortaq monqol dili və s. yaratmaq olar. Bu üsulu hər bir qohum dillər üçün işləmək olar. Kitabda türk, roman və slavyan dillərindən olan örnəklərlə bunun mümkün olması göstərilib.
Buna bənzər araşdırma Türkiyədə aparılır. Hal-hazırda orada “ümumtürk dili” yaradılması üzərində iş gedir. Anlam, mahiyyət belədir: Türkiyə türkcəsində sözlük tərtib olunur və başqa sütunlarda həmin sözün digər türk dillərində qarşılığı göstərilir. Məndə olan məlumata görə, layihə 60 min Türkiyə türkcəsində və  uyğun olaraq digər türk dillərində olan sözləri əhatə edəcək. Bu türk xalqalrının öz dilləri arasında bəzi ilişki ilə qarşılıqlı tanışlığa kömək edəcək. Lakin burada ortaqlama aparılmır. Bundan başqa, artıq doqquz türk və rus dillərini əhatə edən  “Türk dialektlərinin müqayisəli sözlüyü” hazırlanıb. Bu sözlük artıq uyğun variantda izahı ilə nəşr olunub. İş, sözsüz ki, türk dillərini qarşılıqlı tanıdır, zənginləşdirir. Ancaq, təəssüf ki, bu işdə hər bir xalqın bir-birini 100% anlaması üçün hər hansı bir addım atması göstərilmir. İş,  xalqların bir-biri ilə tanış olmasına imkan verir, ancaq onun təklif etdiyi yola görə, hər bir türk xalqı  digərlərini anlamaq üçün müxtəlif tərəflərə 29 addım atmalıdır.
Bizim layihəyə görə otuz türk xalqına müəyyən nöqtəyə çatmaq üçün düşünülmüş şəkildə bir addım atılmalıdır. Bu nöqtə elə ortaq türk dilidir, hansı ki, eyni zamanda paralel olaraq otuz türk xalqını yönəldə bilər. Otuz dildən heç biri itmir və dialektə çevrilmir.
Türkiyədə inkşaf etdirilən yolda çağdaş riyazi dilçiliyin uğurlarından istifadə edilmir. Baxma¬yaraq ki, onlarda da bütün bilgilər bilgisayara yığılır və bu halda ortaqlığı bəlli etmək asan olardı, təəssüf ki, onlar bunu etmirlər, bizimsə bütün bilgiləri bilgisayara yerləşdirmək, hər dilə uyğun alim qrupunu dəvət etmək üçün (– hansı ki, Türkiyə edir – ) vəsait yoxdur. Buna baxmayaraq, ümid edirəm ki, yeni üsul dərk ediləcək və özünə XXI yüzildə yol tapa biləcək.
Xatırlamaq istəyirəm ki, 70 il öncə özbək və qırğız, türkmən və qaraqalpaq dilləri mövcud deyildi. Çağatay dili “türki” vardı. Və bir qrup bilgin Andican dialektinin morfoloji özəliklərini, Səmərqənd dialektinin leksik variantını, Buxara dialektinin isə fonetik səslənməsini götürüb, onları birləşdirib və sünü layihə qurdular, hansı ki özbək dili adlanır… Bu günsə çoxları bilmir ki, süni dildə danışırlar, onlar üçün özbək dili təbii, doğma dildir… Bax, “OrtaTürk” də belə “sünii” dil olacaq. Bir neçə nəsildən sonra o türk dillərinin təbii variantlarından biri kimi qəbul olunacaqdır.

A.S.:
-Çox sağ olun, Bəxtiyar Rahmonoğlu. Düşünürəm ki, Saxa xalqı sizin layihə ilə böyük həvəslə tanış olacaqdır.

Qaynaq: http://ilin.sakhaopenworld.org/1998-2/54.htm

(Qeyd: Mətn ixtisarla verilir)

(Ruscadan çevirən: Şahnaz KAMAL)

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.