Göy üzündə Ay işığı,
İşığında mələklər,
Yelpikləyir ulduzları
Qanadları yorulunca,
Süzür, üzür göy üzünü,
Lələyiylə, əliylə
Çimizdirir yer üzünü.
Aydan arı, sudan duru
Adamlar durub
əllərini qaldırır göyə ,
əkir göy üzünə əllərini.
Keçilməz meşəyə dönür
Göy üzündə qolları…
Buludları veyil,
Küləkləri avara,
Mələkləri sərxoş
bu gecənın şeytanı da var.
Adamın qəlbinə girir,
qəlbindən çıxmır.
“lənət şeytana”-deməyə dilim,
durub daş atmağa
əlim gəlmir…
ohu da Allah yaradıb,
o da Allahın bir mələyidi,
Şeytan adında.
Hərdən adamın karına gəlir,
Qəlbinə girit,
Qəlbindən çıxmır.
əvvəlki yazı