Ana səhifə YAZILAR DEBÜT: Qabil ƏDALƏT

DEBÜT: Qabil ƏDALƏT

Müəllif: Bizim Yazı
2. 061 baxış

(Qabil Ədalət oğlu Şirinov;

1 fevral 1990-cı ildə Ağcəbədi rayonu Boyat kəndində doğulub. Binəqədi rayonu 205 saylı orta məktəbi bitirib.
Hazırda Kirovaqrad Milli Texniki Universietinin tələbəsidir.

Azan vaxtına qədər

Artıq dövran dəyişib,
dünya faniliyindən
adamlar xainliyindən əl çəkib,
Dostluq, barış içində
bir yaşam qurulubdur.
Rüşvətə yox deyilib,
“tapşırıq” son bulubdur.
Xəyanət yalan olub,
yalansa talan olub.
Dillər “həsrət qalıb”
söyüşə, qeybətə…
Həsəd, nifrət, paxıllıq
iki üzlülük, üzsülük qeyb olub.
Oğurluq bitib tamam,
Yerdə pul, qızıl görən,
əl vurmadan ötmədə…
İnsanlıq qayıdıb imana-dinə.
Yalançı mollalar, falçılar belə…
daha insanlar Həccə
adçün, sançün getmirlər,
daha bəzi qadınlar öz çirkin işlərini
hicab ilə gizlətmir.
Bəndələr Allahdan qorxur.

mən bu gözəl dünyadaykən müəzzin azan çəkdi
ayıldım
gördüm, əşi, nə gerçək?..
Yuxu imiş, sən demə.
Bu dünya heç düzəlməz.
Düzəlməzmi?!.

Buz dağı

Tərk etdin
isti bir yay gecəsində,
Qəlbimdə
buz bağladı, don vurdu,
qəfil gedişin.
Səhər açılar, günəş çıxar,
Qəlbimin
buzu əriyər deyə,
fikirləşdim…
Dan yeri söküldü, günəş çıxdı,
Qızmar günəş daş-kəsəyi əritdi,
Asfalt əridi, torpağı yandırdı,
Amma
Günəş məni isitdikcə,
mən don atdım,
Qəlbim döndü buz dağına,
Qəlbimin buzu
ərimədi ki, ərimədi…
Çünki…

Sənlə yoğrulmuşam, Azərbaycanım

Qürbətdə olsa da qızıldan taxtım,
Lələ, cəvahirə bürünsə baxtım,
Bəxtəvər olsam da hər an, hər vaxtım,
Neynirəm o ömrü, qəribsə canım,
Sənlə yoğrulmuşam, Azərbaycanım.

Dərdimi bacımtək anan yoxdursa,
Anamtək halıma yanan yoxdursa,
Yadların rişğəndi nizə, oxdursa,
Necə dövr eyləsin damarda qanım,
Sənlə yoğrulmuşam, Azərbaycanım.

Gülüşü də könül açmaz yadların,
Ha nə qədər dost qoysalar adların,
Darda Qabil görməyəssən dadların,
Öz elimdə doğmalardı gümanım,
Sənlə yoğrulmuşam Azərbaycanım.
                          30.09.2012. Ukrayna

You may also like

3 şərh

6467urus 2013-02-20 - 20:14

Eziz qardawhım,tebrikler ve uğurlar!

Cavab
Yaşar Süleymanlı 2013-11-01 - 23:25

Qabil qardaşımız gənc şairlərin içində ən bariz nümunədir. Uğurların davamlı olsun!

Cavab
leyla 2014-04-22 - 17:20

)))

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.