Ana səhifə BAŞ YAZI DİVANİ ( – yepyeni)

DİVANİ ( – yepyeni)

Müəllif: Bizim Yazı
424 baxış

HİKMƏT CARÇILI ORHUN (Qazax)

Adəm oğlu, Həvva qızı, işin sirri-xudadır,
çalışmağın, çarpışmağın mübtədası vidadır.
Alın yazını silməyə dəryaların suyu çatmaz,
hər addımın, hər nəfəsin haqdan enən nidadır.

Pay-puş ömrü yaxşı yaşa eləməynən hədər
sən,
vaxt yetirər, vədə gələr gəldiyinə gedərsən.
Yar dediyim qara gözlüm nə gedişdi
gedərsən,
nə yerişdi, nə tərpəniş, nə tavır, nə ədadır.?!

Bacar nəfsinə tət denən, yaradana xoş olsun,
zəhmətinə qazandığın bədəninə nuş olsun.
Qul Hikmətin nə həddinə gül üzünə tuş olsun,
sənki bir huri-qılmansan kəndisi bir gədadır…

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.