Gənc yazar Hafiz Hacxalılın yeni – sayca beşinci kitabı çapdan çıxıb.
“İşıq” adlanan kitabda yazarın vətənə, torpağa, doğulub boya-başa çatdığı (- 1988-ci il olaylarından sonra uzaq düşdüyü) ata ocağına həsr etdiyi şeirlər, habelə hazırda zabit olaraq xidmət etdiyi daxili işlər orqanlarından bəhs edən yazılar yer alıb.