Yunus Oğuzun yeni romanı çapdan çıxıb
Tarixçi alim, türkoloq, tarixi romanlar müəllifi Yunus Oğuzun yeni əsəri işıq üzü görüb. “Əmir Teymur – Zirvəyə doğru” tarixi romanı türk dünyasının böyük oğlu, Teymurilər dövlətinin qurucusu, böyük fateh Əmir Teymurdan bəhs edir. “Zirvəyə doğru” romanın birinci kitabıdır. Kitaba ön sözü Atatürk Mərkəzinin müdiri, filologiya elmləri doktoru, millət vəkili Nizami Cəfərov yazıb. Kitab “Apostrof” nəşriyyatında 4000 tirajla çap edilib. Əsər Əmir Teymurun yürüşlərindən, ordu və dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edir.
Kitabın 2-ci hissəsi çapa hazırlanır.