Ana səhifə YAZILAR Üstünə elə bir dərd-bəla saldı…

Üstünə elə bir dərd-bəla saldı…

Müəllif: Bizim Yazı
883 baxış

Samir SƏYYADOĞLU

EŞQ

Sanki hər kəs doğma, bir biz yad olduq
Dünya başımızda dönənə kimi.
Nə tez ögeyləşdik, nə tez yad olduq?!
Biz ki sevgiliydik dünənə kimi.

 

Biz ki gözümüzdə böyütmüşdük eşq,
Sənəmi yük oldu, mənəmi yük eşq?!
Bir ana dağıldı bir ömürlük eşq,
Guya sevəcəkdik ölənə kimi.

Guya aşacaqdıq hicran qorxusun,
Gör nədən dəm vurub nələr demişik.
Eşqin dili olsa, deyərdi: – Susun!
Biz necə sevmişik, necə sevmişik…

SƏN, SƏN…

Əzab çəkirsənmi, nəyin uğruna?!
Vursana başını sən daşa indi.
Sevgini yem etdin öz qüruruna,
Qaldın qürurunla baş-başa indi?!

Gör bir inad səni nə hala saldı,
On addım öndəykən yüz dala saldı.
Üstünə elə bir dərd-bəla saldı,
Məhkumsan bir acı göz yaşa indi.

Sən səni sevənin qanını içdin,
Sən səni sevəni tapdadın, keçdin.
Bir, sevgin qalmışdı, itirməmişdin,
Onu da itirdin, get, yaşa indi.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.