Andjey Bursa (1932-1957; Polşa) –
Şair, nasir və dramaturq olmaqla bərabər, eyni zamanda rəssam idi.
Sağlığında 37 şeiri və bir hekayəsi çap olunub.
İlk kitabı ölümündən sonra nəşr olunub.
1957-ci ildə 25 yaşında ürək çatışmamazlığından vəfat edib.
Gənc ikən dünyasını dəyişməsinə baxmayaraq, onun şeirləri polyak ədəbiyyatında xüsusi çəkiyə malikdir.
1967-ci ildən Polşada Andjey Bursa adına ödül təqdim olunur.
Cəllad
Deyirlər cəllad daha
nə maska
nə frak geyinir.
Parisdə bəlkə geyinirlər, amma bizdə yox)
O, çox sadə geyinir
hamı kimi “sadə”
qəhvəyibozxətli
geridə qalmış şit
aciz insan zövqlü
onlar teatrın böhranı(na) üçün tələ qururlar
onu da necə lazımdı səhnələşdirə bilmirlər
mən asılanda
cəllad frakda olmalıdı
Məzəmmətli təşəkkür duası
Sən məni kor yaratmadın
Şükür, Tanrı
Sən məmi qozbel yaratmadın
Şükür, Tanrı
Sən məni əyyaş oğlu yaratmadın
Şükür, Tanrı
Sən məni sulu beyinlə təəccübləndirmədin
Şükür, Tanrı
Sən məni pəltək çolaq liliput
epilentik qermafrodit at milçəyi
hər hansı floradan faunadan yaratmadın
Şükür, Tanrı.
Bəs sən məni niyə polyak yaratdın, Tanrı?
Poeziyanın görəvləri
Poeziya həyatın ayrılmaz hissəsidi
Onun məqsədi – həyata xidmət etmək
Evin sahibəsi etməlidi:
toz silmək
zibil atmaq
xalça asmaq
döşəməni düzəltmək
uşaq yedirtmək
ərzaq almaq
gülləri sulamaq
plitəni basdırmaq
nahar hazırlamaq
qabları yumaq
bələk təmizləmək
şalvar yamamaq
düymə tikmək
corab çözmək
xərclikləri saymaq
və hələ minlərlə cürbəcür
işlərigörməkhansıkıhaq-
qındaheçbirtəssəvvürümüzyox
sonra bir az romantik poeziya
və bay-bay…
Başmaq
Uşaqlar böyüklərdən yaxşıdı
heyvanlar uşaqlardan
deyirsən əgər bеlə davam etsə
danılmaz nəticə budu
infuzoriya-başmaq bizə əzizdi
nə olsun
başmaq mənə daha əzizdi
nəinki sən köpək oğlu
Ehtiyatlı ol, dram!
Balaca adam
bazar ertəsi tək boz
bozdu, bu boz fonda boz siçovul tək
sərbəst növlənmiş və yığılmış
tək-tək və topdan satılan
ağıldankəm-adam
heç kimə lazım olmayan çoxluqdan biri
tənha ağıldan kəmlər
əslində
damğalandığı nömrədən də
daha çox
həddən artıq lazımsız
qəfildən b ö y ü k b i r s e v g i y l ə a l o v l a n d ı.
(Azərbaycan türkcəsinə çevirən: Rəfail TAĞIZADƏ)