19 avqust 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova I Qarabağ müharibəsi şəhidi Ziya Ağayevin atası Niyaz Ağayevin 80 illik yubileyi münasibətilə şəhid ailəsini ziyarət edib.
Səmimi görüş zamanı professor Aktotı Raimkulova Niyaz Ağayevi əlamətdar yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı və uzun ömür arzulayıb. Görüşdə şəhid Ziya Ağayevin əziz xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlığın və fədakarlığın gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.
Qeyd edək ki, Ziya Ağayev 1994-cü il aprelin 30-da Talış kəndinin müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Onun adı və şərəfli ömür yolu doğmaları ilə yanaşı, Azərbaycan xalqının yaddaşında əbədi yaşayır.
🇦🇿🤍🇰🇿
