Ana səhifə YENİLİKLƏR Rafiq Tağı xəstəxanada dünyasını dəyişib

Rafiq Tağı xəstəxanada dünyasını dəyişib

Müəllif: Bizim Yazı
1. 636 baxış

Tanınmış yazıçı və jurnalist aldığı xəsarətlərdən bu gün keçinib

Noyabrın 19-da saat 22 radələrində bıçaqlanan tanınmış yazıçı və jurnalist Rafiq Tağı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu barədə Lent.az-a xəstəxananın baş həkimi Tərlan Bəbirov məlumat verib. T.Bəbirovun sözlərinə görə R.Tağının meyiti ekspertizaya göndərilib.
Qeyd edək ki, Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Tağıyev Rafiq Nəzir oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə noyabrın 19-da Klinik Tibb Mərkəzinə daxil olub. Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

Nizam RZA

You may also like

2 şərh

Pervane 2011-11-25 - 15:01

ALLAH REHMET ELESIN.QEBRI NURLA DOLSUN.AILESINE DE SEBR VE DOZUM ARZULAYIRAM.

Cavab
Cevat- iran'dan 2011-12-11 - 23:25

Sayğı değer dostlar. ben İran ülkesinden yorum yazıyorum.
Bence bizlerin çoğu Rafik Tagı’nın yazısının özünü başa düşmemişik.
Bilirsiniz rafik tağı’yı neler incidir. O deyir eğer İran hakimiyeti kendisini müslüman sanıp ve başkalarının davranışını islama aykırı görürse ceza vermek hakkı varsa, o zaman sizce İran hakimiyet adamlarının söylediği bu ki: “depremin nedeni kadınların başörtü altından saçlarının görükmesindendir” ve ya “Xamineyi ve Ahmedinijad Allahın yer yüzündeki temsilcileridirler ve her kimse onlarla muhalif olursa tanrıya karşa olmuş olur” cezası yokmudur? Sizlerce bunlar mübarek İslam dinini mahv etmek de yararlımıdır ve ya Rafik Tağı’nın eleştirili yazıları? Ve ya yaklaşık 23 yıl bundan önce rejimin 4000 kişiden fazla siyasi mahpusların acımasızca idam edilmesine verdiği cevap ki “eğer suçsuz idam edilmişlerse o zaman birbaşa cennete gideceklar” sözüne ne dersiniz? Meğer cennet kapısının anahtarları mollalara verilmişdir ki her kimseni bu dünyada suçsuz – günahsız öldürseler öbür dünyada karşılık olarak cennete göndersinler?
Bence rahmetli Rafik Tağı’yı inciden şeyler de bunlardır. O yazır ki “ben ateist değilem”. Ve eğer dinlerin Allah tarafından gönderildiğini kabul etmirse sadece İran rejiminde olan dinden bahs edir. Ama belki bunları bir kadar açık ve net söylemiyordu ve ya zaman verilmedi ki açıklasın!
Sizce ona ölüm fetvası veren ve onu lanet eden bir rejim islami anlamış bir rejimmidir? Sizce milletinin 63% ü ana dilinden yoksun edilmiş bir rejim, islami bir devlettir? 25 milyonu Azerbaycanlı olan 30 milyon Türkün bir tane bile olsun ana dilinde okulu yoktur. Gerçekten ben de rahmetli Rafik Tağı gibi böyle düşünürüm ki: “İran adlı bir devlet artık beşeriyyet için dözülmez olmuştür” ve biz İran’da yaşayan gençler bu sözün ne kadar doğru ve düzgün olduğunu her kimseden çok anlıyoruz!
(yazımda yanlış varsa affedresiniz, İran’da büyümüş bir Azerbaycanlıyım!)

Cavab

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.