Ana səhifə BAŞ YAZI TANRI QİSMƏTİNDƏN YAZILAN ÖMÜR..

TANRI QİSMƏTİNDƏN YAZILAN ÖMÜR..

Müəllif: Bizim Yazı
1. 259 baxış

Bizimyazı.az tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova haqqında məqaləni təqdim edir.

TANRI QİSMƏTİNDƏN YAZILAN ÖMÜR..

…Dünyaya göz açan hər bir kəsin öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, təkilatcı-rəhbər Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədovadır.

Bəri başdan qeyd edək ki, Lətifə Məmmədova böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, kamil biliyi və yüksək təcrübi idarəetmə qabiliyyəti olan istedad sahibidir!

O, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru kimi ani və düzgün qərar qəbul edə bilən nadir şəxslərdəndir!

Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadan nümunə götürən Lətifə Məmmədovanın böyüklüyü onun sadəliyində və kollektivə qarşı səmimi münasibətindədir!

O, insanlara diqqət və qayğıyla yanaşır, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

O, üzərinə düşən bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru kimi professional olmasıyla, dövlətçiliyimizin və Prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

…Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir rəhbər kimi tanıdığımız Lətifə Məmmədovnın haqqında gerçək olanı deyək: bəri başdan deyirik ki, Lətifə Məmmədova təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Brilliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında?! Bu insanın saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər bağlıdır? Həndəsi silsilə ilə artan bir sərvətdir! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya neçə-neçə yetirmələrinin xeyirxah əməllərini də artırsaq onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda sadəcə “Lətifə Məmmədovanın böyük, tükənməz bir xəzinəsi var”, – deyər…

Bu gün Lətifə Məmmədovanın rəhbərlik etdiyi müəssisə (5 kitabxana) böyük tədbirlər həyata keçirir, aktual layihələrə imza atır. Şəhidlərə, veteran və qazilərə həsr olunmuş çoxsaylı tədbirlər keçirir, yaradıçı insanlara dəstək olur. M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada ölkəmizdə yeganə kitabxanadır ki, orada Fəxri oxucu institutu yaradılıb. Kitabxananın Fəxri oxucuları arasında millət vəkilləri Aydın Mirzəzadə və Cavanşir Feyziyev, Xalq yazıçıları Çingiz Abdullayev və Elmira Axundova, Xalq şairi Vahid Əziz, tanınmış alımlər, yazıçı və şairlər, KİV nümayəndələri, ziyalılar var. Kitabxananın Fəxri və fəal oxucuları MKS-in təşkilatçılığı ilə konsert və teatr tamaşalarına kollektiv şəkildə gedirlər. M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada kitablar hazırlanır, müəlliflərlə görüşlər, onların yubileyləri təşkil olunur. MKS-ə daxil olan kitabxanalar məktəblərlə sıx işləyir, çoxsaylı müsabiqələr keçirilir, qaliblər mükafatlandırılır. Bütün bunlar kitabxanaların gördüyü işlərin çox qısa anonsudur.

VƏZİFƏNİ HÖRMƏTƏ MİNDİRƏN RƏHBƏR     

…Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir rəhbər haqqında xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən RƏHBƏRləndərdir.

…Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Lətifə Məmmədovnı yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Lətifə xanımla həmsöhbət oluram. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdır. Kübar, çox ziyalı, lazım olanda yumşaq, lazım olanda sərt xanımdır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə zəif cəhəti var ki, başqa bir rəhbər sərt tədbirlər görəcəyi halda, o insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

YAZIYA KİÇİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və Prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur, rəhbər problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib. Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən Prezident İlham Əliyevdən kim nümunə götürdü?

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədovanın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində kifayət qədər çox çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Lətifə xanımın fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.

Bəli, bir həqiqət isə GÜN İŞIGI kimidir: nəinki Yasamal kimi bir rayonda, hətda ölkənin coxminlik kitabxana sistemində belə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər: yüksək qabiliyyəti ilə seçilən təşkilatcı, bacarıqlı rəhbər, kitabxanaların təəssübkeşi, alim, gözəl insan və əsl Vətən daşı

Azerinform.az

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.