Home HEKAYƏ Qurbanın qoyunu – Yeqzar Cəfərlinin hekayəsi

Qurbanın qoyunu – Yeqzar Cəfərlinin hekayəsi

by Bizim Yazı

Qur­ban kən­din ən saf, tə­miz, di­li­nə ya­lan dəy­mə­miş ada­mı­dır, de­səm, ya­lan ol­maz. Ya­lan da­nı­şan­da qu­laq­la­rı qı­za­rır, boy­nu­nun ar­xa­sın­dan çi­yin­lə­ri­nin or­ta­sı­na doğ­ru bir ne­çə tər dam­cı­sı sü­zü­lür. İlk ba­xış­da dü­şü­nür­sən ki, nə­sə fi­kir­lə­şir­cə­si­nə əli­ni ba­şı­na uza­da­caq. Hə­min tər dam­cı­sı­nı tə­miz­lə­mək üçün əli­ni ba­şı­nın sağ tə­rə­fin­dən çiy­ni­nə sü­rüş­dü­rən­də mə­sum­lu­ğu bir da­ha qa­ba­rır. Qur­ba­nın qoyunlara olan sevgisini tamam təsvir etsəm, gə­rək he­ka­yə­ni ro­ma­na çe­vi­rəm. Si­zi ağıl­lı te­le­fo­nu­nuz­dan çox kə­nar­da sax­la­ma­dan ke­çi­rəm mət­lə­bə.

Qur­ban ata-ana­sı­nı uşaq vax­tı av­to­mo­bil qə­za­sın­da iti­rib. Bəx­tin, ta­le­yin sərt üzü­nə uduz­muş bir adam ki­mi bü­tün gü­nü kən­din çə­mən­lik­lə­ri­ni sə­fil-sə­fil do­la­şır. Qur­ba­nın ar­zu­la­rı qo­yun­la­rı­nın ot­la­dı­ğı çə­mən­lik­dən uza­ğa get­mir. Hə­min ba­la­ca, şi­rin çə­mən­li­yin için­də do­la­şır gə­lə­cə­yi, ümid­lə­ri, sev­gi­si. Çə­mən­lik­də do­ğu­lan kör­pə qu­zu­lar işıl­da­dır göz­lə­ri­nin bə­bə­yi­ni.

Qur­ban in­san­lar­dan qa­çır. Di­nib-da­nış­­dı­ğı bir-iki adam ya olar, ya ol­maz. Hət­ta süd məh­sul­la­rın­dan dad­lı ağar­tı məh­sul­la­rı da qa­yı­ra bi­lir. Kənd ca­maa­tı ne­çə də­fə ona pul qa­zan­maq da tək­lif edir­.

Al­ver ada­mı ol­ma­yan Qur­ba­na et­di­yi­miz dü­kan aç­maq tək­li­fi so­sia­list öl­kə rəh­bə­rin­dən özəl mü­əs­si­sə­nin açıl­ma­sı­na ica­zə al­maq ki­mi bir şey­dir. Nə­ha­yət, kənd ca­maa­tı Qur­ba­nı yum­şal­da bi­lir.

Qur­ba­nın pen­dir­lə­ri öl­kə sər­həd­lə­ri­nə ye­tiş­mək­də ol­sun, biz də əh­va­lat­çı­lı­ğı­mı­za da­vam edək.

Qur­ba­nın bir ne­çə xü­su­siy­yə­ti­ni si­zin­lə bö­lüş­mə­səm, ürə­yim da­yan­ma­sa da, dö­yün­tü­sü sü­rət­lə­nə bi­lər. Qo­yun­lar ca­na­var ye­mə­di­yi, ya da baş­la­rı­na nə­sə qə­ziy­yə gəl­mə­di­yi təq­dir­də əcəl­lə­ri ilə ölür­lər. Qəs­sab­xa­na­nın qa­ba­ğın­da kə­sil­mək üz­rə olan qo­yun, qu­zu gö­rən­də ça­lı­şır tez onu alıb sü­rü­sü­nə qa­ta­raq “ölüm­dən xi­las et­sin”. Kənd­də “Xi­las­kar Qur­ban” ki­mi  ta­nı­nan qəh­rə­ma­nımı­zın saf­lı­ğın­dan kən­din ava­ra­la­rı is­ti­fa­də edir, sa­ta bil­mə­dik­lə­ri qo­yun olan­da qəs­sa­ba 5-10 ma­nat hör­mət edib dü­ka­nın qa­ba­ğın­da bağ­la­ma­sı­nı xa­hiş edir­lər.

Qur­ban so­nun­cu də­fə kən­din gi­rə­cə­yin­də­ki qəs­sab­xa­na­nın qar­şı­sın­da­kı ət­lik qu­zu­nu xi­las edir kə­sil­mək­dən. Qəs­sab əv­vəl qo­yu­nun qur­ban­lıq ol­du­ğu­nu de­yə­rək tə­rəd­düd et­sə də, Qur­ba­nın tək­li­f et­di­yi pu­la mə­də­ni dil­də de­sək, təs­lim olur.

“Ölüm”dən xi­las et­di­yi qu­zu­nun çə­mən­lik­də qa­çış­ma­sı­na ta­ma­şa edir əl­lə­ri­ni ba­şı­nın ar­xa­sın­da çar­paz­la­ya­raq. Sü­rü­sün­də yü­zə ya­xın qo­yun-qu­zu ol­ma­sı­na bax­ma­ya­raq Qur­ban on­la­rı gö­zu­cu say­ma­ğı ba­ca­rır.

Ax­şam sü­rü­nü evə gə­ti­rən­də qo­yun­la­rın sa­yı­nın azal­ma­sı ilə Qur­ba­nın si­fə­ti göy qur­şa­ğı ki­mi yed­di rəng alır. Ço­ma­ğı əli­nə alıb ağ­la­ya-ağa­la­ya çə­mən bo­yu qaç­ma­ğa baş­la­yır. Çə­mən­li­yin qur­ta­ra­ca­ğın­da bir neçə qo­yunu par­ça­lan­mış hal­da ta­pan­da əsə­bi­lə­şib se­vim­li ço­ma­ğı­nı uza­ğa tul­la­yır.

Qur­ban qo­yu­nlara bax­dıq­ca gü­lüm­sə­yir, göz­lə­rin­dən sü­zü­lən yaş çə­mən­lik­də­ki ot­la­rı əyir.

You may also like

Leave a Comment