Home İCTİMAİ Özbəkistan alimləri Diri Baba Türbəsini ziyarət ediblər

Özbəkistan alimləri Diri Baba Türbəsini ziyarət ediblər

by Bizim Yazı

Özbəkistan Mədəniyyət Nazirliyinin baş mütəxəssisi Şamsiddin Abdurahimovun rəhbərliyilə Mədəni Araşdırmalar və Qeyri-Maddi Mədəni İrs Elmi-Tədqiqat İnstutunun 9 nəfərdən ibarət nümayəndə heyəti “Azərbaycanda etno-folklor ekspedisiya” səfəri çərçivəsində Diri Baba türbəsini ziyarət ediblər. Dr.İroda Dadadjanova, Şavkatjon Bobojonov və digər ekspedisiya üzvlərinə türbə-kompleksin rəhbəri, şair-publisist Yusif Nazim Ərəbsoy tərəfindən abidənin memarlıq üslubu, sufizmin xəlvətilik qolu, Diri Baba adlandırılan şeyx haqqında ətraflı məlumat verilib. Söhbət əsnasında Diri Baba türbəsini tikdirən Şirvanşah hökmdarı Şeyx İbrahim Xəlilullah və Özbək hökmdarı Əmir Teymurun Şirvanda qarşılaşmasından, Özbəkistanda mövcud olan Nəqşibəndilik təriqətindən, Azərbaycanın klassik şairlərinin əsərlərindəki təsəvvüf ruhaniyyətindən, ümumilikdə Türk-İslam dünyagörüşündən danışılıb. Görüş qonaqlar tərəfindən maraqla qarşılanıb.

You may also like

Leave a Comment