Ana səhifə BAŞ YAZI Hardan yara vursan ordan gül açır – ŞEİR

Hardan yara vursan ordan gül açır – ŞEİR

Müəllif: Bizim Yazı
167 baxış

Lütfən…

 

Qeyibdən bir sözün qonub şerimə,

Seçib ayırd elə, arala, lütfən.

Hər türlü qəmim var adına bağlı,

Yetiş, bu qəmləri sırala, lütfən.

 

Hər közün odunu üstən kül açır,

Hər ahın sirrini bir bülbül açır…

Hardan yara vursan ordan gül açır,

Məni dönə-dönə yarala, lütfən.

 

Bu qara sevdada nəydi muradın?-

Qaldıq umuduna yağının, yadın…

Gözümün içinə yazılıb adın,-

Gəl öz əllərinlə qarala, lütfən.

 

Günəşin qüruba enən çağıyam,

İncə vadisiyəm, Avey dağıyam.

Bəhəri sovulmuş alma bağıyam,

Vədədi, gəz-dolaş, urala, lütfən.

 

Sözdən pay olmaz ki, dağlar gəlini,

Bərkit yumruğunu, bərk sıx əlini.

Qanıma qəltan et, al bədəlini,

Arayıb axtarma sonralar, lütfən.

 

İbrahim İlyaslı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.