Омонова Özbəkistan parlamentinin orqanı “Xalq sözü” qəzetinin əməkdaşı, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, şair-tərcüməçi Раҳмат Бобожон qardaş ölkənin ictimai, ədəbi-mədəni və elm-təhsil həyatı barədə danışıb.
Azərbaycanla, digər türk ölkə və topluluqları ilə işbirliyində maraqlı olduqlarını vurğulayan özbək aydınları qarşılıqlı maraq doğuran mövzuların müzakirəsi, yeni əlaqələr qurmaq baxımından Azərbaycana səfərin önəmini qeyd edib, məmnunluq duyduqlarını bildiriblər.
Özbək aydınları ilə görüşdə ortaq layihələr, o cümlədən birgə nəşrlər və s. barəsində geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, DGTYB Məsləhət Şurasının başqanı Ekber Qoşalı , Azərbaycan Yazıçılar Birliyinin üzvü- yazıçı , Kanan Hacı DGTYB IB rəhbəri – İntiqam Yaşar , şair – qiraətçi Xəzər Süleymanlı , şair- Aqşin Evrən , RHİMİB Layihələrlə iş üzrə koordinatoru Nilufer Letif iştirak ediblər.