Ana səhifə İCTİMAİ “Ozan-aşıq mədəniyyəti: tarixi köklər, müasir yanaşmalar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək

“Ozan-aşıq mədəniyyəti: tarixi köklər, müasir yanaşmalar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək

Müəllif: Bizim Yazı
267 baxış
Xəzər Universitetinin  Dillər və ədəbiyyatlar və Musiqi və incəsənət  departamentləri TİKA, Hacı Bayram Veli və UNESCO Türkiyə Nümayəndəliyi, Qazaxstandan Ahmet Yesevi Universiteti ilə birgə “Ozan-aşıq mədəniyyəti: tarixi köklər, müasir yanaşmalar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçirəcək.  Simpoziumun əsas məqsədi türk xalqlarının ortaq mədəniyyətindən, ozan-aşıq sənətinin tarixindən və keçdiyi təşəkkül yolundan bəhs etmək və gələcək perspektivlərini müzakirə etməkdir.
bizimyazi.az xəbər verir ki, 23-24 may 2024-cü il tarixləri arasında keçiriləcək simpoziumda dünyanın müxtəlif ölkələrindən olan alimlər dəvət edilmişdir. 

Seçilmiş məqalələr “Xəzər Humanitar və Sosial Elmlər Jurnalı”nda (“Web of Science” indeksli) dərc olunacaq. Jurnalın elektron versiyasını aşağıdakı keçiddən əldə etmək olar:  Khazar Journal of Humanities and Social Sciences.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.