Ana səhifə İCTİMAİ Şərurda şəhid Vüsal Vəliyevin xatirəsi əbədiləşdirilib

Şərurda şəhid Vüsal Vəliyevin xatirəsi əbədiləşdirilib

Müəllif: Bizim Yazı
244 baxış

44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhid mayor Vüsal Vəliyevin xatirəsinə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndində bulaq-abidə ucaldılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün bulaq-abidənin açılışı olub.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızı, “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, qazilər və digər çıxış edənlər 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəmizdən fəxarətlə bəhs ediblər. Diqqətə çatdırılıb ki, zəfərimizin qazanılmasında Şərurun mərd, qəhrəman övladlarının rolu əvəzolunmazdır. Bu gün şəhid mayor Vüsal Vəliyevin timsalında qəhrəman oğullarımızın şərəfli ömür yolları gənc nəslə örnəkdir. Qeyd olunub ki, qəhrəman şəhidimiz ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Çıxış edən şəhid anaları, qazilər, müəllimlər, gənclər vurğulayıblar ki, torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhidlik zirvəsinə ucalan igid oğulların adlarına bulaqlar tikilir, xatirə lövhələri vurulur, ad və anım günləri qeyd olunur. Onlar şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından da ətraflı bəhs ediblər.

Sonra məktəblilər Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Açılış tədbirindən sonra ehsan süfrəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.