Günay Əfəndiyeva Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə görüşüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.
Görüşdə türk xalqlarının çoxəsrlik dəyərlərinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən Fondun xarici dövlətlərlə əlaqələrin qurulmasına mühüm önəm verməsindən söz açılıb. Təşkilat tərəfindən dünya xalqları arasında mədəni mübadilələrin intensivləşdirilməsi məqsədilə həyata keçirilmiş layihələrə diqqət çəkilib. Fondun əsas prioritetləri sırasında müxtəlif ölkələrdə məskunlaşmış türk etnik kökənli xalqların irsinin mühafizəsi qeyd olunub. Eyni zamanda təşkilatın Moldova Respublikası ərazisindəki Qaqauziya Muxtar Bölgəsində yaşayan türk mənşəli qaqauz xalqının mədəni-mənəvi dəyərlərinin yaşadılması yönündə əməkdaşlığa hər zaman açıq olduğu vurğulanıb.
Görüşdə Fond ilə Moldova Respublikası arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində gələcək birgə əməkdaşlığa dair müzakirələr aparılıb.