Ana səhifə İCTİMAİ Günay Əfəndiyeva Türkiyənin İseveçrədəki səfiri ilə görüşüb

Günay Əfəndiyeva Türkiyənin İseveçrədəki səfiri ilə görüşüb

Müəllif: Bizim Yazı
263 baxış

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İsveçrəyə səfəri çərçivəsində Türkiyə Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Ece Acarsoy ilə görüşüb.

Görüşdə Fondun himayəsi altında qurulan və 7 ölkəni – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən peşəkar qadın sənətçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun kollektivi iştirak edib.
Görüşdə Fondun Türk Dünyasının mədəniyyətinin qorunması və təbliği yönündə genişmiqyaslı fəaliyyətindən bəhs olunub. Fondun bu istiqamətdə müxtəlif xarici ölkələrlə, o cümlədən Avropa ölkələri ilə aktiv əməkdaşlığı vurğulanıb.
Fond ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə İsveçrədə Azərbaycanın və bütövlükdə Türk Dünyasının böyük oğlu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirin keçirilməsinə diqqət çəkilib. Tədbir çərçivəsində Azərbaycanın Əməkdar artisti, pianoçu Turan Manafzadənin bədii rəhbəri olduğu “Yeddi Gözəl” musiqi qrupunun uğurlu ifalarının İsveçrə auditoriyası tərəfindən böyük rəğbət və alqışlarla qarşılandığı bildirilib.
Eyni zamanda Fond tərəfindən Türkiyə Cumhuriyyətinin qurulmasının 100 illiyi çərçivəsində təşkil edilmiş və il ərzində planlaşdırılan tədbirlər haqqında söhbət aparılıb. Təşkilatın ümumtürk mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə həyata keçirdiyi layihələrin ölkələr və xalqlar arasında mədəni mübadilələrə mühüm töhfələr verməsi yüksək qiymətləndirilib.
Görüş gələcək perspektivlərlə bağlı qarşılıqlı müzakirələrlə davam edib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.