Ana səhifə İCTİMAİ Ramil Əhməd Budapeştdə təltif edildi

Ramil Əhməd Budapeştdə təltif edildi

Müəllif: Bizim Yazı
611 baxış

Azərbaycanlı şair Ramil Əhməd Türksoy və Macarıstanın Lakitelek vəqfinin təşkilatçılığı ilə görkəmli macar şairi Şandor Petofinin doğumunun 200 illiyi münasibəti ilə həyata keçirilən beynəlxalq şeir-tərcümə müsabiqəsinin qalibi olub.

Bizimyazı.az  xəbər verir ki, müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan şairlər, tərcüməçilər iştirak ediblər.

Müsabiqəyə türk dünyasından yüzdən çox şair qatılıb və beş yüzə yaxın tərcümə şeir göndərilib. Onlar arasından yeddi qalib seçilib.

Mükafatlar qaliblərə Macarıstanda, Macarıstanın milli bayramı olan 15 Mart tarixində təqdim edilib. Onları əvvəlcə Macarıstan Parlamentinin sədr müavini Şandor Lezsak qəbul edib. Parlamentdə mətbuat konfransı təşkil olunub. Şairlər Şandor Petofinin tərcümə şeirlərini səsləndiriblər.

Növbəti günlərdə Macarıstanın müxtəlif şəhərlərində Şandor Petofinin heykəlinin açılış mərasimləri keçirilib. Səfər çərçivəsində Macarıstanın bir sıra dövlət rəsmiləri, tanınmış mədəniyyət adamları ilə görüşlər baş tutub.

Qeyd edək ki, mükafatlandırma mərasimində Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.