Ana səhifə İCTİMAİ Azərbaycanlı jurnalistin rəhbərlik etdiyi dərnəyin açılışı olub

Azərbaycanlı jurnalistin rəhbərlik etdiyi dərnəyin açılışı olub

Müəllif: Bizim Yazı
540 baxış

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən İnsan Haqları Eğitim və Kültür Dərnəyinin açılış mərasimi olub.

Bizimyazı.az xəbər verir ki, qurumdan daxil olan məlumata görə, azərbaycanlı jurnalist Məhsəti Şərifin rəhbərlik etdiyi dərnəyin  açılış mərasimində İstanbuldaki Azərbaycan baş konsullugunun konsulu Zaur Allahverdiyev, Dərnəklər Federasiya başkan vəkili  Pərviz Məmmədzadə, xalq təhsili müdiri Musa Metin Özer və ictimaiyyətin tanınmış numayəndələri qatılıb.

Açılışda eyni zamanda Dərnəyin Mədəniyyət bölümünün rəhbəri Lətafət Rafiqin əsərləri, həmçinin  Dərnəyin nəzdindəki  Xalq Təhsili kursunun əl işləri sərgilənib. İştirakçıları dərnəkdə yaradılan Qarabağ guşəsi, eləcə də Azərbaycan və Türkiyə yazarları, incəsənət xadimlərinin tanıtımı olan guşə daha çox maraqlandırıb.

Dərnəyin açılışında çıxış edən qurumun rəhbəri Məhsəti Şərif yaxın gələcəkdə həyata keçirməyi nəzərdə tutduqları layihələrdən, eyni zamanda yaxın perspektivdəki planlardan danışıb.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.