Hafiz HACXALIL
AĞLAMA
Anam, o qəbrin üstə,
Töküb də dil, ağlama..!
Sən Şəhid Anasısan,
Gözünü sil, ağlama..!
Min yozum var bir sirdə,
Yazılıb göydə, yerdə…
Gedənlər geri,
bir də,
dönən deyil, ağlama..!
Dağıt şəri, yalanı.
Qoru ondan qalanı.
Sən o oğul balanı,
Ölümsüz bil, ağlama..!
Qan üstündə qan bitər,
Can üstündə can bitər.
Millət ağladı, yetər,
Ey qərənfil, ağlama!..
20.01.2016, BAKI