Ana səhifə YENİLİKLƏR Ədəbiyyat İnstitutunun “Türk xalqları ədəbiyyatı” şöbəsində maraqlı görüş

Ədəbiyyat İnstitutunun “Türk xalqları ədəbiyyatı” şöbəsində maraqlı görüş

Müəllif: Bizim Yazı
823 baxış

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Türk xalqları ədəbiyyatı” şöbəsinin elmi işçisi, araşdırmaçı yazar Xalidə XALİDdən aldığımız bilgiyə görə, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Böyükelçiliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan və müşavir yardımçısı Mehin Tağıyeva dünən (19.09.2012) şöbənin qonağı olublar.
Görüşü giriş sözü ilə şöbənin başçısı filologiya üzrə fəlsəfə doktoru Arif Əmrahoğlu açaraq qonağa şöbənin yarandığı 3 il ərzində görülən məhsuldar işlər haqqında bilgi verib.
A.Əmrahoğlu bu görüşün şöbə əməkdaşları üçün stimulverici bir görüş, eləcə də Ədəbiyyat İnstitutunun tarixində hər hansı bir şöbəyə qonşu məmləkət rəsmisinin təşrif buyurması baxımından ilk fakt olduğunu vurğulayıb.
Şöbə əməkdaşlarından filologiya üzrə fəlsəfə doktorları Eşqanə Babayeva, Xuraman Hummətova, Almaz Ülvü, şöbənin doktorantları İsmixan Osmanlı, Lalə Əliyeva, Nərgiz Hüseyn və başqaları Seyid Əhməd Arslana elmə verdikləri dəyər və diqqət üçün təşəkkürlərini çatdıraraq, apardıqları elmi araşdırmalarla bağlı bilgi veriblər.
Müşavir Seyid Əhməd Arslan bu görüşdən və şöbənin fəaliyyətindən məmnun qaldığını vurğulayaraq deyib: “Türk ədəbiyyatının mücahidləri olan sizlərlə tanışmaqdan çox məmnun qaldım. Məni də bu şöbəyə üzv etsəniz sevinərəm. Türk ədəbiyyatının ünlü simaları ilə ilgili apardiğiniz araşdırmaların kitab olaraq ərsəyə gəlməsində bizim də gücümüz yetən yardımı etməyə hazırıq. Və inanıram ki, bundan sonra daha sıx-sıx görüşəcək, millətimizin tarixinin, mədəniyyətinin dünyaya daha geniş tanıdılmasında qarşılıqlı fəaliyyət göstərə biləcəyik”.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.