Ana səhifə YAZILAR Debüt: ZAUR SAHİL

Debüt: ZAUR SAHİL

Müəllif: Bizim Yazı
77 baxış

(22 iyun 1988-ci ildə Cəlilabadda dünyaya göz açıb. Hazırda Qazaxdakı N saylı hərbi hissədə xidmət edir)

***
Bu bahar sevgimiz çiçək açmadı,
Doyunca sevinib gülmədik yenə.
Əsdi aramızda soyuq küləklər,
Səninlə qovuşa bilmədik yenə.

Sevginin bağında bülbül olaydım,
Çiçəklər dövrəyə alaydı məni.
Sənin həsrətinlə hey oxuyaydım,
Nəğmələr yadına salaydı məni.

SON DÖYÜŞ

Daha yetər, susmayacam,
torpağımı alanacan.
Daha yetər, durmayacam,
bir olunca Azərbaycan.

Atılıram son döyüşə,
ələ alıb silahımı.
Vuruşacam, qələbəylə,
açacağam sabahımı.

Barışmaram, torpağımın
bir qarışı yadda qalsın.
Zəfər marşı çalmayınca,
ölsəm qəbrim odda yansın.

ANA

Günəş olub başın üstə saçaram,
Çiçək təki yollarında açaram,
Uşaq kimi ağuşuna qaçaram,
Təki məni yad etməyə gəl, ana.

Ağlıma da gətirməzdim doğrusu,
Oysa, ölüm bir əbədi qurğudu,
Nə yamanmış yetimliyin ağrısı,
Təki məni yad etməyə gəl, ana.

İstəyirəm bu günümdə gələsən,
Əhvalımı gözlərinlə görəsən,
Zaur sənsiz gör nə çəkir, biləsən.
Bəlkə məni yad etməyə gələsən?!.
Arxasını düşünmək də istəməm,
Təki səni görə biləm, ay ana…
                           Astanlı – Cəlilabad

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.