Ana səhifə YENİLİKLƏR “Cənnətdən yuxarı…”

“Cənnətdən yuxarı…”

Müəllif: Bizim Yazı
165 baxış

Təranə Vahid sözü YERDƏ yox, GÖYDƏ axtaranlar və CƏNNƏTDƏN YUXARIDA yaşayanlar üçün kitab yazdı

Bu günlərdə   jurnalist Təranə Vahidin “Cənnətdən yuxarı…” adlı ilk nəsr kitabı işıq üzü görüb.

Kitaba tanınmış daramaturq Əli Əmirli ön söz yazıb. Kitabın redaktoru  şair Qulu Ağsəsdir.
Azərbaycan Yazıçılar Birliyinin və “525-ci qəzet”in birgə layihəsi ilə “Mütərcim”  Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunan kitabda Təranə Vahidin  hekayələri, esseləri və miniatür duyğuları yer alıb.
Xatırladaq ki, “Cənnətdən yuxarı…” kitabının imza günü dekabrın 23-ü, saat 14:00-da AYB-nin Natəvan klubunda keçiriləcək.  Ədəbiyyatı sevən hər kəs təqdimata dəvətlidir.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu DGTYB İctimai Birliyinin cavabdehliyindədir, bu baxımdan saytın məzmunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı ©2022 – Bütün hüquqları qorunur.