Ana səhifə İCTİMAİ YYSİB e-Zəfərnamə layihəsinin ilk tədbiri: Qobustan şəhərində kitabxanaçılar üçün tanıtım və təqdimat mərasimi keçirildi

YYSİB e-Zəfərnamə layihəsinin ilk tədbiri: Qobustan şəhərində kitabxanaçılar üçün tanıtım və təqdimat mərasimi keçirildi

Müəllif: Bizim Yazı
173 baxış

Tədbir “Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması” – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində təşkil olunmuşdu .

7 iyun 2024-cü il tarixində, Qobustan şəhərində II Qarabağ – Vətən müharibəsində qazanılan Zəfər haqqında YYSİB-nin kreativ layihəsi çərçivəsində silsilə tanıtım aksiyaların birincisi – ədəbi-poetik, ictimai-poetik məzmunlu elektron kitablarin tanıtım və təqdimat mərasimi kecirilib.

Dağlıq Şirvan Regıonal Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Mərkəzi kitabxananınAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qobustan Mərkəzi Kitabxana sisteminə daxil olan kitabxanaların rəhbərləri və aparıcı mütəxəssislərinin – əməkdaşlarının, şəhər yaradıcı şəxslərin və Bakıdan gələn qonaqların iştirak etdiyi tədbir II Qarabağ – Vətən müharibəsi zamanı qazanılan Zəfər, Böyük Qələbə və ədəbiyyat mövzusunda təşkil olunmuşdur.

Tədbirdə YYSİB sədri, Prezident təqaüdçüsü, layihə rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, AYB üzvü, Prezident təqaüdçüsü, şair-publisist Yusif Nazim Ərəbsoy, Qarabağ müharibəsi veteranı, tanınmış yazıçı-publisist Hacı Qəni Camalzadə, kitabxananın müdiri Adilə Cəbrayılova, kitabxananın əməkdaşlarından Sevinc Ağaquliyeva, Xuraman Ağayeva, Xanım Mürsəliyeva, AYB üzvü, şair-publisist Ağatahir Cəbirli, II Qarabağ – Vətən müharibəsi qazisi Ramil Rəcəbov çıxış edərək fikirlərini bölüşmüşlər.

Tədbir “Kulturoloji innovasiya: Qarabağ Zəfəri haqqında interaktiv e-kitabların hazırlanması” – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı kulturoloji-innovativ layihə çərçivəsində təşkil olunmuşdu.

Tədbir çərçivəsində Vətən müharibəsi, II Qarabağ savaşı və ədəbiyyat mövzusunda mini-kitab sərgisi, Qarabağ veteranı, tanınmış yazıçı-publisit Hacı Qəni Camalzadə ilə oxucuların görüşü, oxucular və kitabxanaların əməkdaşları ilə maraqlı müzakirə, təqdimatlar baş tutdu.

YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdi ki, reallaşdırılan ikiaylıq layihə 1 may – 31 iyun 2024-cü il tarixlərini əhatə edir və geniş fəaliyyət planına malikdir. Müxtəlif tədbirlər, virtual aksiyalar, e-sərgilər, sosial şəbəkələrdə kampaniyalarla yanaşı, təməli qoyulan “e-Zəfərnamə” silsiləsini təşkil edəcək 24 elektron kitabın rəqəmsallaşdırılaraq ictimai yayımı, eləcə də Azərbaycanda Qarabağ – II Vətən müharibəsi haqqında ədəbiyyat, İnternet resursları, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqları doldurmağa yönəlib.

Hidayət – Ayxan Əbilli,

YYSİB sədr müavini, YYSİB Analitik-İnformasiya Bölümünün əməkdaşı

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.