24-30 iyun-2013 tarixində ULUSLARARASI AKTTIVIST SANATÇILAR BIRLIYININ düzənlədiyi “Muğla-Göcek şehrinde bulunan Türkmən yaylalarına yürüş” adlı festival keçiriləcək. Festivala dünyanın iyirmi ölkəsindən incəsənət adamları qatılacaq.
Azərbaycan da bu iyirmi ölkə sırasındadır. Dünyanın ən bahalı və görməli turist mərkəzlərdən biri olan Göcek şəhərində baş tutacaq festival boyunca gecələr konsert proqramları, şeir dinləmələri, müxtəlif tədbir və görüşlər düzənlənəcək. Tədbirə qoşulan rəssamlar canlı performans nümayiş etdirəcəklər.
Tədbirin son günü rəssamların festival ərəfəsində yaratdıqları rəsmlərdən ibarət sərgi keçiriləcək. Ölkəmizi Uluslararasi Akttivist Sanatçilar Birliyinin Azərbaycan təmsilçisi, Rəsm Komitəsi Başkanı , rəssam Nəvai Metin Məmmədoğlunun rəhbərliyi ilə ədəbiyyatçılar, mediya işçiləri, incəsənət nümayəndələri və fotoqraflar təmsil edəcək.
YÜRÜŞ OLACAQ – Muğladan Göcekədək…
əvvəlki yazı