Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü, yazıçı Yeqzar Cəfərli Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 128 saylı orta məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın “Müzakirə saatı”nın qonağı olub. Görüş məktəbin müəllimi, Kiçik Akademiyanın Humanitar bölməsinin rəhbəri Cəvahir Rəsulzadənin təşkilatçılığı ilə keçirilib. Tədbirdə müəllifin “Uçurum” hekayələr kitabı müzakirə edilib. Şagirdlərdən A.Cəmilə “Kim bilir, bəlkə…”, R.Fatimə “Şagird”, A.Süriyyə “Üstüaçıq ev”, H.Leyla “ O qayıtdı”, H.Arzu “Qar”, N.Aytac “Yanan ocaq”, H.Sevda “Yuxu” hekayələri haqqında danışıblar. Tədbirin sonunda sualları cavablayan Y. Cəfərli öz şeirlərini oxuyub.