Aşıq Aydın ÇOBANOĞLU
(1951-1993)
MƏNİM ÖMRÜM
Qafil, nədi bu dünyada əbədi? –
Ömür kimi hər şey gəldi-gedərdi.
Qananların dağlar qədər dözümü,
Qanmayanın nə kədəri, nə dərdi..?
İnsan oğlü çətinliyə düşüncə
Dayaq olar ağıl, zəka, düşüncə.
Sənin ömrün vəzifənin ömrüncə,
Mənim ömrüm sazın ömrü qədərdi.
Nə deyəsən bu qəflətdə yatana? –
Əməlindən çox çətin ki, utana.
Gözlərini şöhrət eşqi tutana
Çobanoğlu, nə söyləsən, hədərdi.
(1989)