Şölə Ayının 13-də (iyun, 2011) Asif Atanın Mütləqə İnam Ocağı özünün “Xəlqilik” Bayramını həyata keçirdi. Bayram 6 ideyanı əks etdirən rəmzi məşəllərin Günev Atalı tərəfindən Odaya daxil olması və gələnləri təbrik etməsi ilə başladı. Ocağın Yükümlüsü Soylu Atalının Bayramın ideya-məzmunu ilə bağlı, eləcə də Asif Atanın Dünyabaxışını izhar edən fikirləri ilə davam elədi.Günev Atalı, Ulusəs, Nurtəkin, Göylü, Yasin Türksoy bayram mövzuları ətrafında fikirlərini söylədilər. Bayramda iştirak edən qonaqlar da təbrik sözü söyləyib məmnunluqlarını ifadə elədilər. Şair Ayaz Şıxalıoğlunun, dəyərli ziyalı Surxay Qocayevin şeirləri də Bayramın ruhuna uyğun əhvallar sərgilədi. Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, “Qafqaz”infonun yönəticisi Elbrus Ərud, Turan Türk, “Mediapost.az”ın əməkdaşları Məhərrəm bəy və Elyar bəy, Ocaqdostu Araz Hacıyev, yazıçı Rafiq Tağı, Humay xanım, şairə Əzizə Ağahüseynqızı, Türkiyəli öyrəncilər Göybəy Uluç, Ulaş bəy və Abdulla bəy, əslən təbrizli Həsən bəy də təbriklərə qoşuldular.
Bayram iştirakçılarına Ocaq ədəbiyyatları hədiyyə edildi və çay süfrəsi ətrafında doğmalaşma ilə Bayram davam elədi.
Ürəyinizdə Günəş Olsun!
əvvəlki yazı