Ana səhifə YENİLİKLƏR Türkiyədə Azərbaycanlı ədibə həsr olunmuş iki kitab yayınlandı

Türkiyədə Azərbaycanlı ədibə həsr olunmuş iki kitab yayınlandı

Müəllif: Bizim Yazı
1. 001 baxış

Azərbaycanın uluslararası aləmdə tanınmış yeni nəsil aydınlarından biri, şair, professor Elçin İsgəndərzadənin Türk Dünyası elminin və ədəbiyyatının layiqli dünya təmsilçilərindən biri olmasından bəhs edən iki kitab bu günlərdə qardaş Türkiyədə işıq üzü görüb.
İzmir şəhərində KIBATEK (Kıbrıs, Balkanlar, Avrasya Türk Edebiyatları Kurumu) yayınları seriyası altında çap olunan “Lalələr, lalələr, lalələr…” adlı kitab təşkilatın qurucu prezidenti Fəyyaz Sağlam tərəfindən qələmə alınmışdır.
Kitabda çağdaş Türkiyə-Azərbaycan, o cümlədən hələ sovet dönəmindən qardaş şəhərlər olan İzmir-Bakı ədəbi əlaqələri, xüsusilə KIBATEK – “Vektor” Beynəlxalq Elm Mərkəzinin son 10 illik birgə ədəbi fəaliyyətləri müəllif tərəfindən geniş şəkildə tədqiq edilmişdir.
Oxuculara təqdim olunan Səbri İbrahim Alagözün “Bakıdan qardaşlıq rüzgarları”, Hasan Devrimin “Azərbaycan bülbülü”, Rəna Değirmencinin “Ruhumun ən sevgilisinə”, Şaban Kalkanın “Acı bir anımsama”, Zeynep Hüseyinin “Sevgi yuvası”, Ünal Karın “Türkçemin gülən üzü”, Qazi Kəskinin “Türk Dünyasının çəkim ulduzu”, Əhməd Uludağın “Qürbətdən salam”, Fadil Ünalın “Azərbaycan üzərinə” adlı yazılarında da Prof. Dr. Elçin İsgəndərzadənin Türk Dünyası ədəbiyyatındakı yeri və xidmətləri haqqında geniş bilgi verilir.
Kitabda həmçinin Türk Dünyası şairlərindən Həsən Əhmədin (Yunanıstan), Müşərrəf Akmanın (Türkiyə), Zeynal Beksaçın (Kosova), Fakı Edeerin (Belçika), Sıtkı Salih Görün (Almaniya), Şaban Kalkanın (Bolqarıstan) və digər şairlərin Elçin İsgəndərzadəyə həsr etdikləri şeirlər də yer almışdır.
Şairin “Alaz” ədəbiyyat dərgisinin baş redaktoru Minə Ömərlə geniş müsahibəsi də kitabın maraqla oxunan yazılarındandı.
Elçin İsgəndərzadəyə Türkiyədə həsr olumuş ikinci kitab – Osman Başın “Har-ı Bülbül” kitabı “Akçağ” yayını olaraq işıq üzü görmüşdür. Kitaba Azərbaycanın əməkdar artisti Azərin və Prof. Dr. Hayrettin İvgin ön söz yazmışlar.
“Har-ı Bülbül” və “Türk Dünyasına Şeirlər” adlı iki bölümdən ibarət olan kitab oxucular qarşısında başdan ayağa Azərbaycan sevgisi, Qarabağ həsrəti, Xarı bülbülün əsarətdən bir an öncə qurtarılmasına fəryad və haykırış dolu mübarizə əzmi sərgiləyir.
Hər iki kitabı “Vektor” Beynəlxalq Elm Mərkəzindən hədiyyə olaraq əldə etmək olar.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.