Dos.Dr. Pərvanə MƏMMƏDLİ
Payızın son ayında Ankarada Türkdilli Ölkələrin Dil Qurultayı keçirildi. Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Türk Dil və Qurumunun başçılığı ilə keçirilən Dil Qurultayına dünyanın 4 qitəsindəki 40 fərqli ölkədən 320 araşdırmaçı qatılmışdı. İsmayıl bəy Kaspıralının “Dildə, işdə,fikirdə birlik” devizi altında keçirilən qurultayda Türkcə danışan ölkələrin çağdaş dövrdəki problemlərinin həlli, Türkcənin yaşı, ortaq ünsiyyət dili, əlifba məsələsi, fərqli ölkələrdə Türkcə təhsil, Türkcənin digər dillərlə əlaqələri, tarixi və müasir Türk yazı dillərinə dair konular başda olmaq üzrə çeşidli mövzular hədəfə alınmışdı.
Qurultayın panel müzakirə və dinləmələri simvolik adlandırılan Bilgə Xaqan, Qaşqarlı Mahmud, Əlişir Nəvai, Kaspıralı İsmayıl, Bəxtiyar Vahabzadə və Əhməd Baytursunoğlu kimi 6 fərqli salonda keçirilirdi. Rusiyada yaşayan Altay, Hakas, Saka , Kazan, Başqırd türkləri,Türkmənistan,Yaponiya, Rusiya, İran, Bosniya-Hersoqovinya, Bolqarıstan, Krım, Monqolustan, Kosovo, və digər türk dilli xalqalrın yaşadığı ölkələrin bilik adamları bu gün türk dilində danışan ölkələrin qarşısına çıxan bir sıra sıra dil, ədəbiyyat, əlifba, tarix məsələlərinə dair problemləri müzakirəyə çıxardılar. Qurultayda Azərbaycan Milli Elmlər Akademiyasınnın Dil və Ədəbiyyat, eləcədə də Tarix İnstitutunu, BDU-nu təmsil edən 20-dən artıq professor və alimimiz iştirak edirdi.
Türk dilinin uzman biliciləri və araşdırmaçıları tarixən qurulan mədəniyyətin yenidən canlanması üçün işbirliyinin artırılması, Türk dünyasının ortaq tarix və Türkçülük şüuru ilə yola çıxması, gələcəkdə bu yöndə qərarlaşması üçün belə böyük miqyaslı qurultayın önəmindən isə tanınmış türkoloqlar Həsən Cəlal Gözəl, Şükrü Haluk Akalın, Mustafa Kaçalin,Osman Fikri Sərtkaya, Bilgəhan Atsız Gökdağ, Fikrət Türkmən, Karjaubay Sərtkojaoğlu, Firudin Ağasıoğlu, Timur Kocaoğlu, İqor Kormuşin, Tursunjan İmin, Melek Özyetgin kimi elm xadimləri Qurultayda Qazaxıstanın latın əlifbasına keçməsi məslələri, bu hadisənin regionda və dünyada doğurduğu əks səda , Beynəlxalq Türk Akademiyasının Ortaq türk dili və ortaq türk dili dərslikləri sahəsində apardığı islahatlarlardan danışdılar.Qurultayda eyni zamanda, Rusiyada türk dilinin yad dil kimi qorunub saxlanması, İraqda türk dilinin bugünkü vəziyyəti, Özbəkistanda əlifba və imla problemləri, latın qrafikasının bu günü, İranda türk dilinin qorunması və bir çox dövlətlərdəki türk əlifbası məsələsində qarşıya çıxan problemlərindənbəhs edildi . Müzakirələrdə ukrayna, belorus, rus, ingilis dillərində formalaşıb oturan türk sözlərinin işlənməsi, dünya dilləri içərisində türkcə və XXI yüzildə Avropada türk dilinin yayılması kimi maraqlı mövzular ətrafında alimlər fikir mübadiləsi etdilər.
“Dünya, yeni bir tarazlığa çata bilər. İştə o zaman, Türkiyə, nə edəcəyini bilməlidir. Bizim, bu dostluğumuzun idarəsində, dili bir, inancı bir, özü bir qardaşlarımız vardır. Onlara, sahib çıxmağa hazır olmalıyıq. Hazır olmaq, tək susub o günü gözləmək deyil. Hazırlanmaq lazımdır. Millətlər buna necə hazırlanarlar; mənəvi körpülərini möhkəm tutaraq. Dil bir körpüdür, inanc bir körpüdür, tarix bir körpüdür. Köklərimizə enməli və hadisələrin böldüyü tariximizin içindən inteqrasiya olunmalıyıq. Onların bizə yaxınlaşmasını gözləyə bilmərik. Bizim onlara yaxınlaşmamız lazımlıdır.
84 il əvvəl Türkiyə Cümhuriyyətinin qurucusu ulu öndər Mustafa Kamal Atatürkün söylədiyi bu sözlər yalnız bir arzu və dilək olaraq qalmadı, reallaşması üçün güclü addımlar atıldı. Belə ki, 1924- cü ildə İstanbul Universitetində Türkiyyat İnstitutu quruldu, 1931-ci il də Türk Tarix Qurumu, 1932-ci də Türk Dil Qurumu bu məqsədlərə yönəlmiş elmi mərkəzlərdəndir.
Xatırladaq ki, Türk xalqlarının ilk Qurultayı 1926-cı ildə Azərbaycanda,Bakıda keçirilmişdir.
Ötən əsrin 90 –cı Illərdə bütün Türk Respublikalarının müstəqilliyinə qovuşub, keçmişdə yaşadıqları bir çox çətinliklərdən qurtuldular.T arixin müəyyən dövrlərində istifadə olunan Ortaq türkcəni Türkün böyük coğrafiyasında yaymaq məsələsi gündəmə çıxdı. Bu gün qloballaşan dünyada siyasi, iqtisadi, mədəni əlaqələri yüksək səviyyədə qurmaq üçün Türk dilli xalqarın ortaq bir ünsiyyət və elm dilinə ehtiyacı var və Türkiyədə bunun üçün mərhələlərlə hansı işlərin görüldüyünə nəzər salaq.
1992–ci ilin oktyabrında Ankarada keçirilən “Türk Dövlət və Hökumət Başçıları Zirvəsi” də Türk dünyasının problemləri və həll yollarını çözələmək amacı ilə qurultay keçirmək zərurətini da ortaya qoydu.
1992-ci ildən günümüzə qədər keçən müddətdə Türkiyədə bir neçə qurultay düzənlənmiş və Türk dünyasının problemləri və həll yolları bəhs mövzusu olmuşdu. TİKA, Yunus Əmrə İnstitutu, TRT Türk və TRT Avaz kanalları və bu kimi Türk dünyasına dönük təşkilati strukturların yaradılması bu qurultaylarda dilə gətirilib yaradılmışdır. Bu şəkildə ortaya çıxan qurumlar Türk dilində danışan ölkələr arasında eyni zamanda dil, ədəbiyyat, tarix, sənət, ünsiyyət, təhsil, mədəniyyət kimi sahələrdə əməkdaşlıq sahələrinin inkişafını təmin edən çox faydalı işlər görmüşdür.
Qazaxstanın Əl-Fərabi universitetinin professor A.B Salkynbay məruzəsində qazaxların latın əlifbasına keçməsini Türk dünyasında ortaq məqsədlərə çatmaq yollarından biri olduğunu vurğulayıb xalqının XX əsrdə yazı şəklini(əlifbasını)siyasi səbəblərdən dörd dəfə dəyişidiyini,bununla alnının dağa- daşa çarpdırdığını söylədi.O əlifbaya və yazıya yüksək dəyər verib bunu xüsusi qeyd etdi ki, yazı olduğu yerdə bir tarix vardır, onun məlumatı sistemli, düşüncəsi möhkəm, elmi tutumlu və mənəvi sərvəti isə yığcam topludur.A.Salkunbay fikrini bir az da aşıqlayaraq sonucda fikrini belə tamamladı:
“Elmin varlığı doğrudan yazıyla əlaqədardır, bu səbəblə danışma və yazı əlaqəsinin təyin edicisi də, ortaq bir nemətlərə çevrilmə formasının başlıca və ana göstəricisi də yazıdır. Ölkənin və xalqın tarixi bərabərləşdirildiyi zaman, mənəvi mədəniyyətin dəyəri təsbitləndiyi zaman, yazının gücü artacaq. Yazıyla işarələnilərək bəlirlənməyən tarixi, “Atalarımızdan qalan mirasdır deyə,” varisinizi necə inandıracaqsınız? Hər hansı bir şəkildə olmasın, yazıyla yazılan bir tarix, ölkənizin bölünməmiş mirasının payını qorumanın təməl zəmanətidir. Yazısız bir tarix bir çox iddialara,davalara gətirib çıxarar və ölkənin keçmişini təqib edə bilmədən, gələcəyə olan ümidinin zəiflədəcəyi qətidir.
Günümüzdə Türk dünyasının sorunları haqda edilən məruzələrərdən,çıxışlardan eləcə də foyedə fasilə zamanı edilən söhbətlərdən düşündürücü məqamlar az deyildi. 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Rusiyanın Su-24 təyyarəsinin vurulması olayından 2 il keçməsinə və iki ölkə arasında münasibətlərin yaxşılaşmasına baxmayaraq, hələ də Rusiya elm və təhsil müəssələrində Türkiyə ilə bağlı elmi mübadiləyə maneələr aradan götürülməyib. Bundan da daha çox bu qurumlarda çalışan azsaylı türk dilli ziyalılar əziyyət çəkir.
Çindəki uyğur türkləri müsəlman olduqlarına görə qətliama məruz qalırlar.
İranda yaşayan Türklərin durumu da ürək açan deyil. Ölkə əhalisinin az qala yarıdan çoxunu təşkil edən türklərin uzunillərdir ki, türk dilində məktəbi yoxdur.Bu dildə kitab,qəzet dərgi çap olunmur,çap olunanlar şəxsi təşəbbüslə olub baskı altında olur. Onu da qeyd edim ki,Qurultaya “İranda türk dili tarixi və ləhcələri” məruzəsi ilə qatılmışdım.( Mənim eləcə də Tohid Məlikzadənin çıxışı bir fars millətçisimi deyim və ya kəşfiyyatçısımı olan birisinin “diqqətini” çəkdiyindən mövzuya aid olmayan qərəzli suallar yağdırdı.Təbiiki,verdiyi sualın cavabından çox,öz provakasiya-niyyətlərinin baş tutacağını işləyirdi.Onu tək biz yox,ünlü Türkiyəli türkoloqumuz prof. A.Akpinar da susdura bildi.Sonra məlum oldu ki, belə provakasiya bizdən əvvəlki çıxışlarda ünlü bir türkoloqumuza da qarşı olub)
Bolqar türkləri ötən əsrin 40- cı illərinə qədər 4-cü sinifə qədər ana dilində təhsil almaq hüquqları vardı. 1946-cı ildə Bolqarıstandakı türkcə təhsil verən məktəblər olduğu halda, sonrakı illərdə Türkcə tamamilə qadağan edilməklə yanaşı, oradakı Türklərin varlığı zorla yox edilmiş edilmiş və bu insanların Türkcə olan adları, xristian adları ilə dəyişdirilmişdir.” Burada məqsəd assimilyasiyamı yoxsa Türkləri alçaltmaq yoluyla tarixdən intiqam almaqdır? “ Sual dilemması Çanaqqaladan qurultaya qatılmış universitet öyrəncisi Demet Yenerin özetində qoyulmuşdu. Yeri gəlmişkən, Dil Qurultayına elm adamları ilə yanaşı bir neçə blogger və universitet öyrəncisi də qatılmışdı.
Diğər dillər kimi, Türk dilinin də yüksəliş və çöküş dönəmləri olub. Əsrlər boyu Türk dili tək bir qol halında olub, Çindən tutmuş Xəzər dənizinə qədər bütün dünyadakı türklərin danışdığı dil olub. Orta əsrlərdə ağızlara bölünmüş olsa da ancaq iyirminci əsrdə müstəqil dillərə ayrılaraq fərqlilikləri meydana gəlmişdir. Böyük coğrafiyada yaşayan, bügün Orhun abidələrinin dili kimi qəbul etdiyimiz tək ədəbi dili, ortaq danışıq dilimiz olub. Uzun illər Monqolustanda daş kitabələri araşdıran prof. Osman Fikri Sərtkaya, ən qədim Türkcə sözün 3035 yaşındakı “kıngıra”’ olduğunu sübut edib. Hun Türkcəsindən günümüzə qədər gələn bu söz, Türkcənin yaşını 30 əsr geriyə aparır.
Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin başqanı Dr. Həsən Cəlal Gözəl “Ən qədim ,ən zəngin və ən ahəngli dil türkcə “başlıqlı məruzəsində türkcəni ingilis dili ilə müqayisə edərək, faktlar əsasında türkcənin söz dağarcığındakı sözlərin sayının məşhur Oksford lüğətini də keçib aşdığını və Türkcənin artıq bir “Dünya dili”olma yoluna çıxdığını bildirdi:
“İngilis dilinin zəngin bir dil olduğu doğrudur. Hazırda, dünyanın “Lingua Franca” ünvanına sahib olan tək dilin İngiliscə olduğunu qəbul edirik. Ancaq, Oxford ensiklopedik bir lüğətdir. Coğrafi yerləri, texniki terminləri, özü də ingiliscə olsa da ,olmasa da hər cür sözü barındırmaqdadır. Halbuki, Türk Dil Qurumunun (TDK) Türkcə lüğətində yalnız ümumtürkcə sözləri tapa bilərsiniz.TDK “Türkcə sözlük” adlı kitabının üzərində işləyərək, 2011-ci ildəki son nəşrində söz sayını 122.423-ə çatdırmışdır. Ayrıca, internet ortamında hazırlanan “Böyük Türkcə sözlük”də söz sayı rekord səviyyəyə çatdırılaraq 616.767-ə yüksəldilmişdir. Bu halı ilə də ‘Böyük Türkcə sözlük” 500.000 sözlüklü və dünyanın ən zəngin lüğəti olduğu elan edilən Oxford Lüğətini çoxdan geridə qoyub,üstələmişdir. Lakin, çox təəssüf ki, hələ də bu kitabımızın kimi çapı reallaşdırılmamışdır…
Günümüzün “Lingua franka”sı yəni ortaq məşhur dili olan İngiliscə, bizim Orhun Kitabələriri və ondan da 300 il sonra Türkcə lüğət (Divanı Lugati’t-Türk) yazılarkən bir dil olaraq hələ meydana gəlməmişdi. Yalnız İngiliscəmi? Almanca, Fransızca, İspanca, İtalyanca, Rusca da hələ yox idi. Bəzi dillər də hələ yeni meydana gəlməyə başlamışdı.İndi bu iddiamızın üstündə duraraq deyə bilərəm: Dünyanın ən zəngin dili Türkcədir. Əlbəttə, bizim bəzi ürəksiz, xariciləşmiş ziyalı tayfasını nəzərə almasaq, dünyada hər kəs öz dilini sevər və ucaldılmasını istər. Lakin bu iddiamız nəzəri yanılmadan ya da boş bir öyünmədən ibarət deyil. Türkcə, son əsrdə çox sıxıntılarını geridə qoyduqdan sonra özünü toparlamış və getdikcə zənginləşməyə başlamışdır. Dildə aparılan çalışmalardan sonra Türkcə, artıq bir “Dünya dili”olma yolundadır. Özəliklə son 10 illikdə işlərini sürətləndirən Türk Dil Qurumunun əvvəlki başqanı, Prof.Dr. Şükrü Halük Akalın dövründə və yeni dönəmdə məhsuldarlığını sürətlə artırmışdır.
Bu gün Türk dillərində danışan ölkəllərin qarşısında, həll ediləcək bir çox problem var. Elm, mədəniyyət, sənət, iqtisadiyyat, texnologiya vs sahələrdə qurulacaq əməkdaşlıq üçün təməl şərtlərin başlanğıcında da ortaq ünsiyyət dili durur. Ortaq dil; birlik və bütünlüyün təməl ünsürü olub, Türk dünyası ilə Türkiyə cümhuriyyəti arasındakı mədəniyyət körpüsünü quracaq, bu körpünün üzərindən digər sahələrdə də (iqtisadi, ticari, əsgəri, siyasi) inteqrasiya olunmaları asanlaşdıran bir ünsürdür.Türk dili geniş bir sahədə 320 milyonluq bir əhali tərəfindən danışılan dünyanın sayılan dilləri arasındadır.
Qurultayın son günündəYeni Türkiyə Strateji Araşdırma Mərkəzinin rəhbəri Həsən Celal Güzel Türk dünyasının tanınmış elm adamlarını, türk tarixinə imzalaraını qızıl hərflərlə yazan elm fədailərini, türkoloqları Mərkəzin təsis etdiyi “Türk dünyasına xidmət” mükafatı ilə dəyərləndirdi.
Məruzə və çıxışlarda Türk xalqları arasında ortaq ünsiyyət dilinin Türkcə olması vacib olduğu güclü bir şəkildə vurğulanırdı. Termin birliyinin təmin edilməsi elmi əməkdaşlıq imkanlarını artıracaq olub, bu yolda başladılan işlərin ardıcıl davam etdirilməsi əsas mövzulardan biridir. Türk Respublikalarında istifadə edilən Latın əsaslı əlifbaların bir-birinə yaxınlaşdırılması və 34 hərfli ortaq Türk əlifbasındakı hərflərin seçilməsi lazım olduğu Qurultayda təqdim edilən məlumatlarda və qiymətləndirmələrdə ən çox dilə gətirilən məsələlərdən oldu.
Yazımı Kaşgârlı Mahmudnın min iləvvəl söylədiyi bir fikirlə bitirmək istəyirəm.”Türk dilini seviniz, çünkü Türklərin en az keçmişləri qədər böyük gələcəyi olacaqdır”.