Ana səhifə İCTİMAİ Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Türk Dövlətləri Parlament Assambleyasının baş katibi görüşüblər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Türk Dövlətləri Parlament Assambleyasının baş katibi görüşüblər

Müəllif: Bizim Yazı
85 baxış

4 fevral 2026-cı il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) baş katibi cənab Ramil Həsən vəzifəyə təyinatından sonra ilk dəfə olaraq Türk Mədəniyyəti və İrsi Fondunun qonağı olub. Ziyarət çərçivəsində təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüş keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondundan Herbiand.az-a verilən məlumata görə, Fondun prezidenti xanım Aktotı Raimkulova görüş zamanı Ramil Həsəni TÜRKPA-nın baş katibi vəzifəsinə təyin olunması münasibətilə səmimi-qəlbdən təbrik edib, TÜRKPA nümayəndə heyətini Fondda qarşılamaqdan böyük məmnunluq duyduğunu bildirib.

Görüş zamanı iki qurum arasında mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti nəzərdən keçirilib, birgə təşəbbüslərin həyata keçirilməsi imkanları, eləcə də qarşılıqlı dialoqun institusional əsasda daha da möhkəmləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər Türk dünyasının ortaq tarixi, mədəni və mənəvi dəyərlərinin qorunması və beynəlxalq müstəvidə təşviqi istiqamətində əlaqələndirilmiş fəaliyyətin vacibliyini vurğulayıb. Bu kontekstdə Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Dövlətləri Parlament Assambleyasının bir-birini tamamlayan, strateji baxımdan qarşılıqlı rol oynayan iki qardaş qurum olduğu qeyd olunub. Görüşdə həmçinin gələcək dövrdə mədəni irsin təşviqi, humanitar əməkdaşlıq və ortaq layihələr çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Baş tutan görüş Türk dünyasında mədəni və parlament diplomatiyası arasında əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.

You may also like

Şərh yaz

Layihə haqqında

Sayt Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.

Saytın məzmunu

Saytın məzmunu Dünya Gənc Türk Yazarlar Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.

Bizim Yazı©2024 – Bütün hüquqları qorunur.